KXDR ordusu zarafat deyil: O, artıq bir dəfə ABŞ ordusunu məğlub edib

2020/02/RTS3V-1582353516.jpg
Oxunub: 1295     16:17     22 Fevral 2020    
1950-ci ilin iyulunda Şimali Koreya ABŞ ordusunu məğlub etdi. Bunun baş verməsi gözlənilmirdi. 1950-ci ilin yayında Amerika hələ də İkinci Dünya müharibəsindəki mütləq qələbənin təsirində idi. Sovet təhdidi var idi və 1949-cu ildə Çiinin də kommunist bloka qatılması işləri daha da təhlükəli hala gətirdi. Lakin ABŞ-ın hələ də atom bombası vardı və B-29-lar dünyanın ən güclü ordusu ilə birlikdə bombalar daşıyırdı. Mütləq əminlik vardı ki, növbəti müharibə ABŞ HHQ və donanması tərəfindən aparılacaq atomik konflikt olacaq.

Dəhşətli dörd illik müharibədən sonrakı sabitlikdən məmnun olan amerika cəmiyyəti böyük, bahalı ənənəvi ordu həvəsində deyildi. Buna görə də, ABŞ ordusu 1940-cı illərin sonlarında büdcə kəsintilərinə, təlim-məşq məhdudiyyətlərinə məruz qaldılar. Hətta baza təlimləri 8 həftəyə qədər azaldıldı. Bu xüsusilə tamamilə itaətkar yapon əhalisinə nəzarət edən amerika işğal qüvvələrinə aid idi.

Lakin bunu Şimali Koreyanın 75 minlik ordusu haqqında demək olmazdı. Həmin ordu 1950-ci il iyunun 25-də 38-ci paraleli keçdi. Əsgərlərin əksəriyyəti Çin vətəndaş müharibəsində Mao ilə vuruşmuş veteranlar idi və Sovet istehsalı tanklar, artilleriya, təyyarələr, bombardmançılarla yaxşı təchiz edilmişdi. Bu təchizat müharibənin əvvəlində Şimali Koreyaya səmaya nəzarət imkanı qazandırdı. İraq ordusunun İŞİD, Əfqanıstan ordusunun “Taliban” qarşısında olduğu kimi ABŞ-ın təlim keçdiyi Cənubi Koreya ordusu da pərən-pərən düşdü.

BMT-nin də icazə ilə ABŞ Cənubi Koreyanı Kim İr Senin əsgərlərinin işğalından xilas etmək məqsədilə öz ordusunu səfərbər etməyə başladı. Təbii olaraq, ilk gələnlər Yaponiya yaxınlığında qaldırılan işğal qüvvələri idi. İyulun 1-də ABŞ ordusunun Taktiki Qrupları polkovnik-leytenant Çarles Smitin başçılığı altında artıq Koreyada idi. Bu qrupda sadəcə 400 zabit və əsgər, üstəgəl 105 mm-lik yeni haubitsalar var idi. Onların tankları, yaxın hava dəstəyi olmamaqla yanaşı, kommunikasiya imkanları da çox zəif idi. Əsgərlərin bəziləri II Dünya Müharibəsində iştirak etmiş olsalar da, əsasən təcrübəsiz idilər.

Bu qüvvələrlə Şimali Koreyanı dayandırmaq planı işləmədi. ABŞ 80-ə yaxın hərbi qulluqçusunu itirməklə yanaşı, təxminən bir o qədəri də əsir düşdü ki, bunlar birlikdə Smitin ordusunun yarısını təşkil edirdi. Şimali Koreyanın itkiləri 130 nəfər və 4 tank idi. Amerikanın verdiyi qurbanlar Şimalın ordusunu sadəcə bir neçə saat ləngidə bildi. Cəmisi altı il əvvəl isə həmin ordu Hitlerin SS “panzer” diviziyalarını ardenlər əməliyyatında dayandırmışdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   ABŞ  

KXDR ordusu zarafat deyil: O, artıq bir dəfə ABŞ ordusunu məğlub edib

2020/02/RTS3V-1582353516.jpg
Oxunub: 1296     16:17     22 Fevral 2020    