Sirr üzə çıxdı: ABŞ HHQ-nin MiQ-29-u var

2020/02/7-1582353399.jpg
Oxunub: 1296     15:40     22 Fevral 2020    
Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri öz döyüş heyəti üçün keçirdiyi təlimlərdə şərti rəqibə aid kifayət qədər aqressor təyyarə yerləşdirməkdə çətinlik çəkməyə davam edir. Lakin bəzi hallarda kontraktorlar düşmənin təyyarəsinin qismən autentik təkrarını təmin edə bilir. Belə hallardan biri də “Air USA” kompaniyasının MiQ-29UB təyyarəsinin ikioturacaqlı təlim versiyasını əldə edə bilməsi olub.

“Air USA MiQ-29 filotiliyası birbaşa olaraq keçmiş Sovet İttifaqına aid dövlətlərin birindən alınıb. Bütün təyyarələr Sovet İttifaqı dövründə istehsal edilmiş detallarla autentik şəkildə təmin edilib. “Air USA MiQ-29 təyyarəsi istənilən hava-hava missiyası həyata keçirməklə təlim üçün mükəmməl fürsətlər vəd edir”, - deyə firmanın açıqlamasında deyilir. Rusiyanın hərbi jurnalisti analitik Diana Mixaylova kompaniyanın bu təyyarələri necə əldə etməsindən danışıb.

ABŞ-da eyni zamanda qırmızı hava imkanları təklif edən digər şirkətlər də mövcuddur. Bunlara “Tactical Air Support”, “Draken International” və s. də aiddir. “TacAir” “Northrop”un CF-5 “Freedom” təyyarəsini təklif etsə də, “Draken” MiQ-21-lərə sahibdir. Bununla yanaşı Su-27 “Flanker” təyyarəsi elə az qala eyni xüsusiyyətlərə sahib təyyarə də özəl sahibkarların əlinə keçib. “Pride Aircraft” Ukraynaya məxsus bu təyyarələrdən ikisinin idxalına yardım edib. Bu yaxınlarda isə ABŞ HHQ-nin Nevadadakı bazasında həyata keçirilən təlim zamanı F-16-ların Su-27-yə qarşı mübarizə apardığı müşahidə edilib.

Su-27-nin ABŞ HHQ-yə məxsus olması imkansız olduğundan, onun yuxarıda adıçəkilən firmanın əldə etdiyi təyyarələrdən biri olduğunu düşünmək olar. Bir neçə il əvvəl keçmiş pilot Gerri Qalliopla Sovet istehsalı bu təyyarələrin performanslarını çox yüksək qiymətləndirib: Mən düşünmürdüm ki, 25 dəqiqəliyinə supersəs olacaq. Biz 20 min fitə yüksəldik və Max 0,9 sürət yığdıq.

Onun sözlərinə görə, həmin vaxt deyəsən gözlənildiyindən daha uzun müddət hava qaldı. Lakin buna baxmayaraq, Sovet istehsalı təyyarələrin ABŞ-da baxımı çox baha başa gəlir və buna görə, də yəqin ki onlar sıradan çıxarılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   MiQ-29  

Sirr üzə çıxdı: ABŞ HHQ-nin MiQ-29-u var

2020/02/7-1582353399.jpg
Oxunub: 1297     15:40     22 Fevral 2020    