SHXÇDX rəisi İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

2020/02/e7da3-1582286941.jpg
Oxunub: 938     16:20     21 Fevral 2020    
Fevralın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, yeni təyinatı münasibətilə səfiri təbrik edən Xidmət rəisi Azərbaycanla İsrail arasında bütün sahələrdə mövcud olan səmərəli və işgüzar əməkdaşlıq münasibətlərindən bəhs edib.

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik təbrikə görə təşəkkürünü bildirib. O, ölkəmizdə diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   İsrail   Azərbaycan  

SHXÇDX rəisi İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

2020/02/e7da3-1582286941.jpg
Oxunub: 939     16:20     21 Fevral 2020    