Qarabağ müharibəsi döyüşlərindən: “Orada olan hər kəs mənim ailə üzvümdür” (MÜSAHİBƏ)

2020/02/87757-4748357733.jpg
Oxunub: 1148     11:20     27 Fevral 2020    
“Atam dünyasını dəyişib. Amma orada minlərlə insanı düşmən əlindən xilas etmək lazımdır. Yəqin atam sağ olsa idi, o da məni dəstəkləyərdi”.

Bu sözləri Füzuli – Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olan Şəfahət Zaməddin oğlu Zeynalov deyib.

Ordu.az komandası olaraq, daim vətən uğrunda, sinəsini düşmən gülləsinə sipər edib, ölümün gözünə dik baxan vətən oğulları barədə məlumatları çatdırmaqda davam edirik.

Qəbələ rayon Uludaş kəndindən olan şəhid Şəfahət Zaməddin oğlu Zeynalovla bağlı yazını təqdim edirik.

Şəfahət Zaməddin oğlu Zeynalov 5 dekabr 1972 – ci ildə Qəbələ rayon Uludaş kəndində anadan olub. Ailədə 6 uşaq 4 bacı, 2 qardaş olublar. Həmsöhbətimiz şəhid zabitimizin böyük qardaşı Zeynalov Xaləddin Zaməddin oğludur.

- Öncəliklə, sizi xoş gördük. Müsahibə üçün bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm.

- Çox sağ olun. Əslində mən minnətdaram ki, uzun illərdən sonra qardaşımın döyüş yolunu yada salıb, onun barəsində maraqlanırsınız.

- Qardaşınızın həyat yolu haqqında danışmağınızı xahiş edirəm.

- Qardaşım, Şəfahət Zaməddin oğlu Zeynalov 5 dekabr 1972-ci ildə Qəbələ rayon Uludaş kəndində anadan olub. Hələ uşaq yaşlarından silaha, hərbi formaya çox böyük maraq göstərirdi. Ən böyük arzusu da elə zabit olmaq idi. O zaman Qəbələdə də rus ordusunun hərbi bazası vardı. O, hələ məktəb yaşlarında harada əsgər görürdüsə, onlara yaxınlaşardı. Çox ünsiyyətcil biri idi. Onun dili bilməsə belə hərdən rastına çıxan əsgərlərlə xoş ünsiyyəti alınırdı. Bəzən əsgərlərin döş nişanlarını sinəsinə taxar, əlini bir-bir nişanların üzərinə qoyub bizə deyərdi ki, “bax, bunu düşmən əsgərini vurduğum üçün, bunu da dil gətirdiyim üçün veriblər” deyər, öz özünə xəyallar qurardı. O zaman kim nə bilirdi ki, 1988-ci ildə Qarabağ müharibəsi başlayar. 1988-ci ildə Qarabağda nümayişlər başlayanda onun hərbiyə olan marağı bir az da artdı. Orta məktəbi bitirdikdən sonra 1989-cu ildə Kalininqrad ali hərbi komandirlər məktəbinə daxil oldu. Mina axtaranlar ixtisası üzrə təhsil alırdı.

- 1989-cu ildə artıq Qarabağda hadisələr daha geniş miqyas alırdı. Belə bir vaxtda bir azərbaycanlını, özü də mina təmizləmə ixtisası üzrə təhsil alan bir şəxsi orada necə qarşılayıblar, ona necə münasibət bəslənib?

- Arada məktublaşırdıq, hər şeyin yaxşı olduğunu, heç bir problem olmadığını yazırdı. Amma, bir dəfə gələndə dedi ki, orada azərbaycanlı olduqca azdır. Onlara da ciddi dərs keçirilmir. Əvvəl elə başa düşdüm ki, o, təhsildən yayınmaq üçün belə deyir. Amma 1992-ci ildə Azərbaycanda baş verən hadisələrlə bağlı təhsilini yarımçıq saxlayaraq ölkəyə qayıtdı. Burada dedi ki, artıq orada açıq olaraq özləri deyir ki, çıxın gedin öz ölkənizə. Kənddə çox qalmadı, sənədlərini Kovalyov adına Bakı Ali Hərbi Komandirlər məktəbinə verərək təhsilini orda davam etdirdi.

- Bəs xidməti vəzifəyə nə zaman başladı?

- O, əvvəl təhsil aldığı yerdə müəyyən təcrübə toplamışdı. Buna görə də həmin illərdə orduda ixtisaslı kadr çatışmazlığını nəzərə alaraq, 1993-cü ilin noyabr ayında leytnant rütbəsi ilə orduda xidmətə göndərildi. Zabit kimi ilkin iş təcrübəsini Qusarda keçib. 1994 cü ilin yanvar ayına qədər həmin yerdə təcrübə keçdikdən sonra yanvar ayının 10-da Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb.

- Cəbhə bölgəsinə getdiyindən necə xəbər tutdunuz?

- 1993-cü ilin dekabr ayının 17-də atam Zeyanlov Zaməddin İsa oğlu rəhmətə getdi. Dəfndə burada olmamışdı, ancaq yas mərasiminin 3-ü günü gəldi. Bir yerdə atamın məzarını ziyarətə getdik. Məzarın qarşısında dizi üstə oturdu. Xeyli yerindən tərpənmədən qaldı. Mərasimə gəlib-gedənlər olduğu üçün evə tez gəlməli idik. “Dur, gedək” deyəndə yerindən qalxmadı, bir xeyli onu gözlədim. Nəhayət ayağa qalxıb məzarın qarşısında baş əyərək üzü məzara tərəf geri addımladı. Heç vaxt yadımdan çıxmaz, evə qayıtdıqdan sonra atamın şəklinin qarşısında dayanıb bir xeyli baxdı. Səhəri gün hamıyla görüşüb getdi.

- Cəbhəyə gedəcəyini dedi, yoxsa sonra bildiniz?

- Dedi ki, Füzuli istiqamətinə gedir. O gedəndən sonra bacımın ağladığını gördüm. Mənə dedi ki, qardaşımın halı məni açmadı, ona diqqət etdinizmi? Dedim, nə olub ki? Bacım dedi ki, Şəfahət elə bil atamla danışırdı. Onun dediyi sözləri eşitdim. “Narahat olma ata, düşmən qarşısında mərdliklə duranlardan olacam. Orada olan hər kəs mənim ailə üzvümdür”. Bu sözlərdən sonra, düzü, bir az ürpəndim. Əlimizdən gələn bir iş yox idi. Sadəcə onu Allaha əmanət etdik. 1994-cü il fevral ayının 11-də Cəbrayıl rayon Mehdili kəndi uğrunda gedən döyüşlərdə şəhid olanlardan biri də qardaşım idi.

- Şəhid olma xəbərini necə eşitdiniz?

- Həmin döyüşlərdə itkimiz çox olub. Amma uşaqlar bir-birlərini üzdən tanıyırmışlar. Bunun da Qəbələdən olduğunu bilənlər onu rayon hərbi komissarlığına gətiriblər. Amma qardaşım hərbi komissralıqdan getmədiyi üçün onun barəsində orda məlumat olmayıb. Üstündə sənəd olmadığı üçün də hansı kənddən olması barədə heç kim bilməyib. Buna görə də kəndlərin sahə müvəkkilərin çağırıblar. Bizim kəndin sahə müvəkkili görəndə tanıyıb. Bizə xəbər göndərdilər ki, hazırlıqlı olun, şəhidimizi gətiririk. Atamın vəfatından 56 gün sonra onu torpağa tapşırdıq. O atama verdiyi sözü tutdu.

Şəfahət Zaməddin oğlu Zeynalov doğulduğu Uludaş kənd məzarlığında dəfn edilib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qarabağ müharibəsi döyüşlərindən: “Orada olan hər kəs mənim ailə üzvümdür” (MÜSAHİBƏ)

2020/02/87757-4748357733.jpg
Oxunub: 1149     11:20     27 Fevral 2020    