Ermənistan ordusunda kimlər öz vəzifələrindən azad oluna bilər?

2020/02/Captu-1582282138.jpg
Oxunub: 1186     14:20     22 Fevral 2020    
Fevralın 17-də Ermənistan Baş naziri Nikol Paşinyanın yanında baş tutmuş müşavirədən sonra vəzifəli şəxslər bir-birinin ardınca işğal altında olan Qarabağa gəlir.

Məlumata görə, fevralın 22-də Ermənistan Müdafiə naziri Davit Tonoyan Qarabağa gələcək.

Məlum olduğu kimi, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri Davit Tonoyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti icra edən Eduard Martirosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və digər güc strukturları nümayəndələrinin iştirakı ilə Paşinyanın yanında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə bağlı müşavirə keçirilib.

Məlumata görə, bu görüş zamanı vəziyyəti müzakirə etdikdən sonra Paşinyan müşavirə iştirakçılarına Qarabağ getməyi və məhz yerinə vəziyyətlə tanış olmağı, araşdırma aparmağı məsləhət görüb. Bu müşavirədə sonra Ermənistanın Baş prokuroru Artur Davtyan və Hərbi prokuror Vahe Harutyunyan Qarabağa gəlib.

Məlum olduğu kimi, Ermənsitanın işğal olunmuş Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”nin rəhbəri Karen Abrahamyanın məsələsinə artıq qərar verilib, rəsmi əmrin yoxluğu yalnız texniki məsələdir və yaxın günlərdə baş tutacaq “Təhlükəsizlik Şuraları”nın birgə iclasından sonra açıqlanacağı planlaşdırılıb.

Bu iclasdan sonra azadolunmalar yalnız “hərbi birləşmə”nin rəhbəri ilə məhdudlaşmayacaq və yaxın gələcəkdə hərbi hissə komandirləri, şəxsi heyətlə iş üzrə müavinlər, eləcə də təlim-tədrislə bağlı lazımi qədər bilikləri olmayan vəzifəli şəxslər istefa verəcəklər.

Məlumata görə, növbəti hədəfdə olan şəxs Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Əməliyyat İdarəsi rəisi, general-leytenant Tiran Xaçatryandır.

Əlavə edək ki, Hərbi Polis rəisi vəzifələrini bu gün Hərbi Polis rəisinin əməliyyat üzrə müavini Aleksandr Ağacanyan öz üzərinə götürəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İxtisar  

Ermənistan ordusunda kimlər öz vəzifələrindən azad oluna bilər?

2020/02/Captu-1582282138.jpg
Oxunub: 1187     14:20     22 Fevral 2020    