İspaniya MN hərbi qulluqçuların sayını artırmaq niyyətindədir

2018/11/34-1542376169.jpg
Oxunub: 538     14:14     21 Fevral 2020    
İspaniyanın Müdafiə naziri Marqarita Robles Konqresdə elan edib ki, onun başçılıq etdiyi struktur Silahlı Qüvvələrin sayını təqribən 127 min hərbi qulluqçuyadək artırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, hazırda İspaniya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı heç 120 min nəfərə çatmır.

Наzir bildirib ki, İspaniya, Fransa və Almaniya altıncı nəsil qırıcı təyyarənin birgə işlənib hazırlanması barədə müqavilə imzalayıblar. Birinci mərhələdə layihəni Paris və Berlin maliyyələşdirəcək və bu işə 155 milyon avro vəsait ayıracaqlar.

Marqarita Robles İspaniyanın istər Avropa İttifaqının, istərsə də NATO-nun missiyalarında bundan sonra da fəal rol oynamaq niyyətini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İspaniya   Ordu  

İspaniya MN hərbi qulluqçuların sayını artırmaq niyyətindədir

2018/11/34-1542376169.jpg
Oxunub: 539     14:14     21 Fevral 2020    