“Su-25” hücum təyyarələri M-346-larla əvəz ediləcək – ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/1-M-3-1582283598.jpg
Oxunub: 7879     15:23     21 Fevral 2020    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasına dövlət səfəri zamanı onu çoxsaylı nümayəndə heyətinin, o cümlədən Müdafiə naziri Zakir Həsənovun müşayiət etməsi, Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi texniki sahədə bəzi sənədlərin imzalanacağını ehtimal etməyə imkan verirdi. Həmin gün saat 18:45-də ölkə Prezidentinin rəsmi saytında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo arasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında M-346 təyyarə inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”nin imzalanması ilə bağlı xəbər yayıldı.

Azərbaycan HHQ-nin hazırda istifadəsində olan aviasiya vasitələrinin bir çoxunun resurslarının artıq bitmək üzrə olduğu, aviasiya parkının yeni və müasir vasitələrlə əvəz olunması zərurəti barədə bir neçə dəfə müxtəlif səpkili məqalələrlə çıxış etmişik. Döyüş və hücum aviasiya parkı da yenilənməlidir. Heç kimə sir deyil ki, HHQ-nin mövcud təlim döyüş təyyarələri, pilotların 4+ və ya 5-ci nəsil qırıcıların idarəetməsini mənimsəməsi üçün də tam yararlı deyil. Dolayısı ilə yeni vasitəni əldə etməzdən əvvəl onun pilotlarının müvafiq hazırlığı həyata keçirilməlidir.

Azərbaycan Silahlı Qüvvələri digər silah sistemləri ilə bağlı olan yenilənməni bir neçə il əvvəl başa çatdırsa da, aviasiya sahəsində mümkün variantları dəyərləndirmək və onlar arasında seçim etmək üçün uzun zaman sərf etməli oldu. Digər tərəfdən isə artıq bütün dünyada aviasiya vasitələrinin alınması hərbi-texniki sahədə əməkdaşlıqdan çox siyasi-hərbi məsələyə çevrilib. Əslində bu delə də olmalıdır, çünki kifayət qədər yüksək dəyərə malik vasitələr 20-30 il, bəzən isə daha uzun müddət silahlanmada istifadə edilir, deməli ən azı bu müddət ərzində ehtiyat hissələrlə təminat, aviasiya vasitələrinin servisi və modernləşdirilməsi məsələləri zəmanət altına alınmalıdır.

Son illərdə Azərbaycan HHQ üçün əldə ediləcək təyyarələr barədə müzakirələrdə, əsas namizəd olaraq üstünlük İtaliya və Pakistanda istehsal edilən aviasiya vasitələrinə verilirdi. 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təlim təyyarəsinin əldə edilməsi sözügedən müzakirələrin əsassız olmadığını göstərdi. Hazırda bu təyyarələrin təchizatı başa çatıb və onlardan əsasən helikopter heyətlərinin hazırlığı üçün aktiv istifadə edilir. Bu sahə ilə az da olsa maraqlanan insanlara məlum idi ki, aviasiya parkının yenilənməsi bununla bitməyəcək. Kollektiv arasında müzakirələrimizdə də HHQ üçün ehtimal olunan digər namizədlər arasında təlim döyüş təyyarəsi üçün M-346, qırıcı üçün isə JF-17 “Thunder” döyüş vasitəsinə üstünlük verilib.

Hələ 2018-ci ilin sentyabrın 27-də İtaliyanın “Leonardo” şirkətinin satış meneceri Françesko Molinari III ADEX-2018 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Ordu.az-a verdiyi açıqlamasında Azərbaycan HHQ ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqların getdiyini, azərbaycanlı pilotların iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan keçirdiyini bildirməsinə baxmayaraq, 2020-ci ilin fevralın 20-nə qədər təlim döyüş təyyarələrinin alınması ilə bağlı qərar bir çoxları üçün gözlənilməz oldu.

M-346 aviasiya vasitələri və onların modifikasiyaları barədə əvvəllər kifayət qədər məlumat verildiyindən, onların əksəriyyətinə toxunmayacağıq. Məqalələrin linkləri aşağıda yerləşdirilib:

https://ordu.az/az/news/141865/italiyadan-azerbaycana-m346-tedaruku-albatroslar-siradan-cixarilir-ekspert
https://ordu.az/az/news/147786/azerbaycan-italiya-herbi-emekdasliginda--leonardo-amili-%E2%80%93-herbi-ekspert-arasdirma
https://ordu.az/az/news/153546/azerbaycan-hhq-nin-aviaparki-italiya-ve-pakistan-qiricilari-ile-evez-edilecek-herbi-ekspert-i-yazi-
https://ordu.az/az/news/151265/-paris-air-show-2019-da--leonardo-debutu--azerbaycan-m-346-fa-yungul-doyus-teyyareleri-alacaq-herbi-ekspert-

Azərbaycanın aviasiya vasitələri əldə etməsi ilə bağlı seçimi həm Rusiya, həm də Avropa tərəfindən xüsusi diqqətlə izlənilir. Rusiya əvvəllər ortaq layihədə əməkdaşlıq etdiyi və M-346-nın istehsalçısı olan İtaliyanın “Leonardo” şirkəti ilə, bu qırıcıların MDB dövlətlərinə satılmaması barədə müqavilə imzalayıb. Lakin bütün bu maneələrə baxmayaraq M-346 təyyaləri inteqrasiya sisteminin alınması ilə bağlı müqavilə bağlandı. Burda ictimaiyyəti maraqlandıracaq yalnız bir detal mövcuddur: əgər biz M-346 təyyarələri alırıqsa, bəs inteqrasiya sisteminin alınması nəyi ifadə edir?

Tam olaraq “İnteqrasiya edilən Təlim Sistemi” (İTS) adlanan bu sistem, müasir M-346 təlim təyyarələrinin əsas “nüvəsi” hesab edilir. Sadə dillə desək, M-346 yalnız döyüş təlim təyyarəsi deyil, həm də tərkibinə bir neçə sistemin inteqrasiya edildiyi böyük bir kompleksdir.

Onun tərkibinə aşağıdakı alt sistem və qurğular daxildir:

- Daxili taktiki təlim stimulyatoruna malik təyyarə;
- Sintetik yerüstü təlim avadanlığı (Təlimatçı və Stimulyatorun bütün vəzifə spektinin əhatə edir);
- Akademik təlim qurğusu (Kompüter dəstəkli təlimat və kompüter əsaslı təlim) ;
- Vəzifələrin planlaşdırılması alt sistemi (Brifinq və debrifinq (vəzifələr barədə məlumat vermə və məlumat alma) mərhələlərini dəstəkləmək üçün Vəzifə Dəstək Stansiyası);
- Canlı, Virtual, Konstruktiv təlim mühiti;
- Təlim ehtiyaclarının təhlili (TNA) və Təlim idarəetməsinin informasiya sistemi (TMIS);
- İnteqrasiya edilən logistik dəstək alt sistemi (İLS).

Beləliklə, dünən imzalan müqavilə ilə Azərbaycan yalnız M-346 təlim döyüş vasitələrini deyil, həm də onların sadalanan bütün alt sistemlərini əldə edib.

M-346 təyyarələri F-35, F-22, F-15, F-16, JF-17 “Thunder”, “Eurofighter Typhoon”, JAS 39 “Gripen”, “Dassault Rafale” və s. kimi fərqli təyinata malik qırıcılarının pilotlarının hazırlanmasında istifadə edilə bilər.

Hazırda ABŞ (ABŞ-a M-346 təyyarəsi T-100 adı ilə tədarük edilib) və İsrail 5-ci nəsil qırıcıları üçün pilotlarını məhz bu M-346 təyyarələrinin İnteqrasiya edilən Təlim Sisteminin köməyi ilə hazırlayır. Əgər ABŞ və İsrail bu təlim vasitələrinə üstünlük veribsə, deməli 5-ci nəsil üçün pilotları hazırlamaq üçün bundan daha mükəmməl bir variant hələlik mövcud deyil.

Pilotların gələcəkdə hansı aviasiya vasitəsindən istifadə edəcəyini nəzərə alan sifarişçi, M-346 təyyarələrinin davili avadanlıqarının da həmin vasitələrə uyğun təchizatını sifariş verə bilər.

Bunu nəzərə alaraq, HHQ-nin qırıcı parkının dəyişdirilməsi üçün müəyyən fəaliyyətlər həyata keçirən Azərbaycan rəhbərliyinin artıq hansı qırıcının əldə ediləcəyinə dair planlarının konkretləşdiyini də ehtimal etmək olar. Düşünürük ki, Azərbaycan HHQ-si üçün qırıcı seçimində üstünlük Pakistanın JF-17 təyyarələrinin son modellərindən birinə veriləcək.

Əvvəlki yazılarda toxunmadığımız bəzi maraqlı məlumatları ilə bərabər az sayda M-346 imkanlarını təkrar diqqətinizə çatdırmaq istəyirik ki, bunun da məqsədi tam fəqlidir. M-346 sürət imkanlarına görə forsaj kameraları ilə təchiz edilən mühərriklərə malik qırıcılardan çox da geri qalmır, bəzi göstəricilərində isə onları qabaqlayır. Təyyarə 35 dərəcəyə qədər hücum bucağını manevr imkanlarına xələl gətirmədən əldə edə bilir, əlavə yanaçaq çənləri ilə 2700 km məsafə qət edərək 4 saat havada qala bilir. Zərurət yarandıqda havada yanacaq doldura bilir. M-346 havada iki dəfə 10 dəqiqəlik manevr edə bilir. Təyyarənin ən maraqlı bir xüsusiyyəti, təyyarənin effektiv səpələnmə səthinin 20 km.m-dən 1 km. m-ə qədər azaltmağa imkan verən “aşağı müşahidə dəsti”nin (low-observability kit) tətbiqindən ibarətdir. Bu göstərici müasir Rusiya qırıcılarında 12 kv.m-ə, cəbhə hücum təyyarələrində isə 10 kv. m-ə qədərdir. Təlim təyyarəsi asanlıqla hücum vəzifələrini yerinə yetirə bilir.

Yüngül hücum təyyarəsi kimi də istifadə edilə bilən M-346 təyyarəsi 9 ədəd xarici asqılarında 2100 kq-dan çox faydalı yük daşıya bilir. Onun tərkibinə raket, bomba kimi sursatlarla bərabər RLS, REM, foto/video konteynerləri kimi vasitələr də daxil ola bilər. Təyyarə çox rejimli radar və elektron əks təsir sisteminə və 2 ədəd F-124GA-200 "Honeywell/Avio" mühərrikləri ilə birgə 2835 at gücünə malikdir. Bu mühərriklər təyyarənin maksimum sürətini 1.2 Max-a (1500 km/saata) çatdırmağa imkan verir. Maksimum uçuş yüksəkliyi isə 13000 metrdən çoxdur. Azərbaycan HHQ-nin hazırda istifadə etdiyi Su-25 cəbhə qırıcıları da yeni və müasir hesab edilə bilməz. Sürətdə 55%, uçuş məsafəsində və uçuş yüksəkliyində 30%, effektiv səpələnmə səthində 10 dəfə, manevrdə isə ən azı 2 dəfə geri qalan Su-25 qırıcılarının məhz M-346 təyarəsinin müvafiq versiyası ilə dəyişdirilməsi mümkün və daha məqsədəuyğundur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   İtaliya   M-346   Leonardo   HQQ   S-25  

“Su-25” hücum təyyarələri M-346-larla əvəz ediləcək – ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/1-M-3-1582283598.jpg
Oxunub: 7880     15:23     21 Fevral 2020    