Aİ İdlibdə hərbi əməliyyatları dayandırmağa çağırıb

2020/02/56-1582272574.jpg
Oxunub: 558     12:48     21 Fevral 2020    
“Aİ-yə üzv 27 ölkənin liderləri Suriya münaqişəsindəki bütün tərəfləri İdlib əyalətindəki hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”.

Ordu.az xəbər verir ki, bu, Avropa İttifaqı Şurasının yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunur ki, İdlibdə Suriya rejimi və dəstəkçiləri tərəfindən insanlara böyük əziyyətlər verən hərbi hücum yolverilməzdir.

“Aİ ən güclü şəkildə bütün tərəfləri davamlı atəşkəs rejiminə başlamağa, mülki şəxslərin müdafiəsinə zəmanət verməyə və 17 sentyabr 2018-ci il tarixli Soçi Memorandumu çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   İdlib  

Aİ İdlibdə hərbi əməliyyatları dayandırmağa çağırıb

2020/02/56-1582272574.jpg
Oxunub: 559     12:48     21 Fevral 2020    