“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur” - Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 588     09:11     21 Fevral 2020    
“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur. Görüşlər, danışıqlar davam edir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib.

Nazir qeyd ediib ki, Suriyanın şimalında Türkiyə ordusunun müşahidə məntəqələri fəaliyyətdədir və geri çəkilməyəcək.

“Suriyada demokratik bir mühit nə zaman yaranarsa, Əsədin zülmü nə zaman bitərsə, Türkiyə ərazidən o zaman çəkiləcək. Orada insanların yaşadığı faciələrdən hər kəs xəbərdardır, Türkiyənin əzminə hörmətlə yanaşırlar, amma bunu təkcə sözdə yox, əməldə də göstərmək lazımdır”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə Silahlı Qüvvələri (TSK) Türkiyə Prezidentinin təlimatı üzrə hərəkət edir.

Akar bildirib ki, ölkəsinin hüquq və maraqlarını qorumaq baxımından, Rusiya, Çin və İran kimi ölkələrlə də Türkiyə öz maraqlarına əsaslanaraq əlaqələrini qurub.

“Məsuliyyətimizi anlayırıq. Biz NATO üzvüyük. Bu görüşlər heç vaxt NATO-ya üzv olmağımıza qarşı deyil. Heç kim bizi kənarda tutmağa cəhd etməməlidir. NATO ilə bir problemi yaşamaq NATO-dan çıxmaq demək deyil”, - deyə nazir vurğulayb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Rusiya  

“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur” - Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 589     09:11     21 Fevral 2020    