Köçəryanı Ermənstan Müdafiə naziri etmək istəyirlər

2019/10/15597-1571999372.jpg
Oxunub: 1147     20:35     20 Fevral 2020    
Ermənistan Müdafiə naziri Davit Tonoyanın başı üzərində qara buludlar toplanır. Orduda son zamanlar qeydə alınmış 10-dan artıq ölüm hadisəsi fonunda Tonoyanın mövqeləri kifayət qədər zəifləyib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın istefa verəcəyi gözlənilirdi, lakin o istefa vermədi. Üstəlik, o, hakimiyyət daxilində əsasən Ter-Petrosyanın komanda yoldaşları olan dəstəkçilər qazanıb.

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın öz vəzifəsini qoruyub saxlaması üçün kifayət qədər ciddi səylər göstərib.

Köçəryan bu şəkildə yüksək rütbəli hərbçilər arasında dəstəkçilərə sahib olmaq istəyir. Hakimiyyət daxilindəki “Levonçular” Ermənistan Müdafiə naziri Davit Tonoyanı nüfuzdan salmaq üçün hər şey edirlər.

Bəzi şayiələrə görə, artıq bu dairələr Andranik Köçəryanı Müdafiə naziri vəzifəsində görmək istəyir.

Qeyd edək ki, Köçəryan əvvəllər Ermənistan Müdafiə Nazirliyində nazir müavini vəzifəsini tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan   Tonoyan  

Köçəryanı Ermənstan Müdafiə naziri etmək istəyirlər

2019/10/15597-1571999372.jpg
Oxunub: 1148     20:35     20 Fevral 2020    