Şoyqu Xəlifə Həftərlə Liviyadakı vəziyyəti müzakirə edib

2020/02/w1240-1582113245.jpg
Oxunub: 943     16:21     19 Fevral 2020    
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Liviya Milli Ordusunun rəhbəri feldmarşal Xəlifə Haftarla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Moskvada yanvarın 13-də keçirilən danışıqların atəşkəs rejiminin əldə olunmasında və ölkədə vəziyyətin normallaşmağa başlanmasındakı vacib rolu qeyd olunub.

"Şoyqu və Haftar Liviya ilə bağlı Berlin konfransının qərarlarının icra olunmasının vacibliyini təsdiq ediblər. Tərəflər bir daha Liviyada böhranın nizamlanmasının siyasi yolla həllinə alternativ olmadığını, eləcə də Liviyanın müstəqilliyinə və ərazi bütövlüyünə bağlılıqlarını qeyd ediblər", - deyə Rusiya MN-in məlumatında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Liviya  

Şoyqu Xəlifə Həftərlə Liviyadakı vəziyyəti müzakirə edib

2020/02/w1240-1582113245.jpg
Oxunub: 944     16:21     19 Fevral 2020    