Ermənistan ordusunda problemlər – Nə baş verir?

2019/06/fed88-1561786573.jpg
Oxunub: 1097     17:00     20 Fevral 2020    
Ermənistan Müdafiə Nazirliyi qətlə yetirilən və intihar edən hərbi qulluqçuları hesablamağı çatdıra bilmir.

12 fevral tarixində verilən məlumata görə, 1 yanvar tarixindən həmin günədək Ermənistan ordusunda 10 hərbi qulluqçu ölüb. Həmin gün əsgər Tiqran Manvelyan və kiçik çavuş Tiqran Mxoyanın ölüm xəbəri yayıldı. İstintaq komitəsi “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açdı.

14 fevral tarixində isə işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə” tərəfindən yayılan məlumata görə, saat 19:30 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuş hərbi qulluqçu, 1997-ci il təvəllüdlü, leytenant Hayk Nerses Asryan alın nahiyəsindən açılan odlu silah yarası ilə ölü vəziyyətdə tapılıb.

Məlumata görə, ölən hərbi qulluqçu Asryan ixtisaca proqramçı olub. Əvvəllər belə hadisə olanda Müdafiə naziri, hərbi prokurorlar hadisə yerinə gedirdilər. Hərbi prokuror Vahe Harutyunyan isə indi sanki yoxdur. Ermənistan Müdafiə naziri üçün Azərbaycan tərəfi “günahkar” olduğu halda, Paşinyan bütün bu baş verənlərdə kriminal submədəniyyət daşıyan sıravi hərbi qulluqçuları ittiham edib.

“Bizim əsgərlərin alt paltarlarının digər əsgərin alt paltarları ilə eyni maşında yuyulması onların ləyaqətində problem yaradır”, - deyə “orduda hansı problemlər var” sualına cavabında Paşinyan bildirib.

Beləliklə Ermənistan ordusunda hansı problemlər var? Nə baş verir?

Ermənistanın “Forrights” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, məsələ ölkənin yuxarı rəhbərliyi, müdafiə nazirliyi və hüquq mühafizə orqanları qarşısında heç vaxt bu qədər “kəskin” qoyulmayıb.

“Bunu generallara, keçmiş və indiki müdafiə nazirlərinə, hərbi prokurorlara verə bilmərik, çünki bunların hamısında onların təqsir payı var, daha doğrusu, onların məsuliyyətsizliyi bu gün Ermənistan ordusunda vəziyyətin yaranmasına səbəb olub”, - deyə nəşr yazıb.

Beləliklə, bu sual, ömrünün son 24 ilini orduda ölən əsgərlərin cinayət hadisələrini araşdırmaq, varislərini təmsil etmək və müdafiə etməklə keçirən və sadəcə bu günlərdə depresiyaya düşən kriminalist, hüquq müdafiəçisi Ruben Martirosyana ünvanlanıb.

Ermənistanın həm keçmiş, həm də hazırkı hakimiyyəti orduda baş verən ağır cinayətləri və qətlləri çağırışçılar tərəfindən orduya transfer olunan əxlaq ilə əsaslandırmağa, bağlamağa çalışır. Erməni hüquq müdafiəçisi Ruben Martirosyanın məsələyə tam fərqli bir baxışı var. Onun sözlərinə görə, orduya gələn istənilən çağırışçı zabit heyəti tərəfindən formalaşdırılan əxlaqa tabe olur.

“Zabit heyəti üçün bu əxlaqın qorunub saxlanması sərf edir. Çünki belə olan halda, zəif, faydasız və sərxoş zabitlər üçün hərbi qulluqçuların xidmətinə nəzarət etmək daha asan olur. Belə olan halda heç bir şey etmədən, bölüyün, taborun, alayın taleyini “avtoritetlər” üzərinə yükləyir və sərbəst olurlar. Bu oğru aləminin əxlaqları da vaxtaşırı qətllərlə nəticələnir. Məhkəmə və istintaq orqanları daim inkar etmələrinə baxmayaraq, yaranmış vəziyyət, yəni orduda cinayətlərin baş verməsi elə onlara da sərf edir. Bu onlar üçün əlavə gəlir mənbəyinə çevrilib. Onlar nəinki cinayətkarlığın qarşısını alr və bunu törədən səbəblərin aradan qaldırılmasına xidmət edir, hətta öz fəaliyyətləri və fəaliyyətsizlikləri ilə bunun yaranmasına xidmət edirlər. Bu isə öz növbəsində ölüm hallarına yol açır”, - deyə Martirosyan bildirib.

Martirosyan prokurorluğun və istintaq komitəsinin hadisənin baş vermə vaxtını, yerini, qətl alətinin dəyişdirilməsini, qətlin əsl səbəblərini və qatilin gizlədilməsini, günahsız əsgərlərin mühakimə edilməsini, yaxud heç kimin cəzalandırılmamasını, baş vermiş cinayəti havadan asılı vəziyyətə salmalarını əks etdirən konkret faktlara malik olduğunu bildirir. Cinayətlərin üstünün açılmaması cinayət əxlaqının yayılmasını təşviq edir.

Ermənistanın prokurorluq və istintaq komitəsinin əvvəllər tətbiq etdiyi və indidə buna davam edilən cinayət hadisələrinin üstünün açılmamasının əsas sxemi nədən ibarətdir?

1. Cinayət işlərində sərxoşluq amili

Bir neçə cinayət işinin araşdırması göstərdi ki, qətllərin əksəriyyəti sərxoşluq hadisəsindən sonra baş verib. Əsgər və zabitlər arasındakı gərginliyi, nifrətini artırır və nəticədə başqa bir qətlə səbəb olur. Bütün taborla birlikdə döyüş tapşırığı, döyüş növbətçiliyinə gedirlər. Döyüş məntəqələrində sərxoşluqla məşğul olmaq daha asandır. Öldürülən əsgər Karen Karapetyan anasına döyüş mövqelərində özbaşınalıq olduğunu və istədiklərini etdiklərini deyib. Sərxoşluq faktını Artak Nazaryan, Tiqran Hambardzumyan, Albert Adibekyan, Zorik Markaryan, Arayik Avetisyan, Artur Qasparyan, Narek Adibekyan və bir çox başqa cinayət işləri təsdiqləyir.

Maraqlıdır ki, qeyd edilən ölüm faktlarına dair mərhum şəxsin qətldən əvvəl kimlə sərxoşluq etdiyini ibtidai istintaq orqanları müəyyən etməyib.

2. Hərbi polis şahidlərlə iş aparır

Qətl hadisəsi halında əsgərlər hərbi polis bölməsinə təhvil verilir. Qanuna görə, hərbi polis Müdafiə Nazirliyinin bölmələrindən biridir. Lakin faktiki hərbi polis iki orqanın cinayət əmrlərini icra edən İstintaq Komitəsi və Prokurorluğa tabedir. Əsgərləri hərbi polisə gətirirlər, döyürlər, işgəncə verirlər, yalan ifadə alırlar. Bu, bir çox məhkəmə işində qeydə alınıb. Narek Adibekyanın işində ifadə verən hərbçilər əvvəlcə heç nə bilmədiklərini söylədilər, lakin 1-2 ay hərbi polisdə saxlanıldıqdan sonra ifadə verməyə başladılar. Narekin üz və ayaq, dirsək yaralarını, ilkin araşdırmaya görə, hadisə yerində olmayan əsgər Tornik Qinosyanın törətdiyi qeyd edilir.

“Bütün hərbi polislər bu çirkli, əxlaqsız oyuna və bataqlığa qarışıb. Baş nazirin hərbi polis rəisinə “general-mayor” rütbəsi verməsi kədərli və təssüf doğuran haldır. Bunu bizə qarşı ədalətə, reallığın ifşa olunmasına, qanuna qarşı atılan addım, qətl hadisələrini gizlətməyə imkan verən hal kimi nəzərdən keçiririk”, - deyə Martirosyan bildirib.

3. Kiçik istisnalar olmaqla qətlin vaxtını və yerini dəyişdirirlər

David Terteryan, Karen Karapetyan, Levon Torosyan, Artak Nazaryan, Andranik Mkrtçyan, Volodya Qaloyan və bir çox cinayət işlərində hadisənin baş vermə yerləri dəyişdirilib. Hadisə yerini dəyişdirərək ibtidai istintaq orqanı hadisənin döyüş mövqeyində döyüş növbətçiliyi yerinə yetirildiyi barədə yanlış bir nəticəyə gəlir. Niyə?

“Çünki yalnız döyüş nöqtəsində olarkən əsgərdə silah ola bilər. İkincisi, istintaq zamanı şahidləri zərərsizləşdirmək məqsədi daşıyır. Hadisə qazmadan 100 metr və ya 150 metr uzaqlıqdakı bir müşahidə nöqtəsində baş veribsə, belə olan halda şahidlər eşitmədikləri və ya heç nə görmədikləri barədə yalan ifadə verə bilərlər. Əslində cinayətlər çox vaxt hamının gözü qarşısında baş verir. Arsen Mxitaryan, Levon Torosyan, Karen Karapetyan, David Terteryan, Artak Nazaryan və başqaları ilə bağlı baş vermiş cinayətlərdə eyni hal var. Məhkəmə sübutları göstərir ki, hadisə şahidləri hadisə yerində olublar, lakin Paşinyan dövründə daha da böyüyən bugünkü məhkəmə sistemindəki cəzasızlıqdan istifadə edərək ibtidai istintaq orqanı bu həqiqətləri qulaqardına vurur”, - deyə erməni hüquq müdafiəçisi bildirib.

4. Barmaq izləri ləğv edilir, aradan çıxarılır

İntiharın saxta versiyasını əsaslandırmaq üçün zərərçəkənin silahının hadisə yerinə gətirilib atıldığı və əsl qatilin silahının yerinə qoyulduğunu göstərən bir çox cinayət işi var. Həqiqi silahlardakı barmaq izləri məhv edilir, çünki ekspertiza tərəfindən tapılarsa, onların ikinci şəxslərin barmaq izləri olduğu məlum olacaq.

Hərbi qulluqçu Qevork Haroyanın öldürülməsi üzrə cinayət işi bu baxımdan əhəmiyyət kəsb edir. 1.5 il əvvəl, 2018-ci ilin oktyabrında Paşinyan öldürülən hərbi qulluqçuların atalarını qəbul etdi və şikayətlərini dinlədi. Görüşdə bir valideyn uşağının silahda barmaq izlərinin tapılmadığı üçün onun intihar etdiyi barədə versiyanı rədd etdiyini qeyd edib. Bütün valideynlər onun iradına qoşulub. Paşinyan təəccübləndi, əsəbiləşdi və texnologiyanın bu çağında “əsgərin barmağının tətiyə dəyib-dəymədiyini müəyyən edə bilmirik”, deyə bildirdi. O, DNT ekspertizasının təyin edilməsinə dair təlimat verib. İstintaq Komitəsinin rəhbəri Hayk Qriqoryan Haroyanın öldürülməsi ilə bağlı DNT ekspertizası təyin etdi.

DNT ekspertizası silahda iki barmaq izi barədə sensasiyalı rəy verdi. Ancaq bu barmaq izlərinin heç biri Haroya aid deyildi. Bununla da intihar versiyası rədd edildi və sübut olundu ki, baş verən hadisə qətldir. Ancaq nə Paşinyan, nə də onun aparatı verdiyi göstərişin nəticəsi ilə maraqlanmadılar.

Bu günədək cinayət işinin Cinayət Məcəlləsinin intihar həddinə çatdıma üzrə 110-cu maddəsi əsasında araşdırılması davam etməkdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Ermənistan ordusunda problemlər – Nə baş verir?

2019/06/fed88-1561786573.jpg
Oxunub: 1098     17:00     20 Fevral 2020    