Cənubi Koreyanın yüngül zirehli avtomobili KLTV

2020/03/brone-1583840301.jpg
Oxunub: 1263     17:28     13 Mart 2020    
Bir çoxları “KIA Motors” şirkətini yalnız Koreyanın mülki təyinatlı avtomobilləri ilə tanıyır. Lakin Seuldan olan şirkət yalnız avtomobil bazarında ən şox satılan KIA “Rio” avtomobillərini deyil, həm də Silahlı Qüvvələr üçün hərbi avtomobilləri istehsal edir. Cənubi Koreyanın avtomobil istehsalçısı yük maşınları və ordu yolsuzluq avtomobilləri ilə yanaşı, KLTV (“KİA Light Tactical Vehicle” - KİA Yüngül Taktik Vasitələr) maşınlarını da istehsal edir.

Yüngül taktiki KLTV avtomobillərinin xüsusiyyətləri

Yeni Koreya zirehli avtomobili KLTV “KIA Motors” şirkətinin hərbi şöbəsinin mühəndislərinin təşəbbüsü ilə hazırlanıb. İnkişaf müddətində şirkət Cənubi Koreyanın Müdafiə Nazirliyindən maliyyələşib. Yeni təkərli taktiki vasitə əvvəlcə Koreya Respublikasının Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hazırlanıb, mövcud KİA KM420 yüngül hərbi yolsuzluq avtomobili və KİA KM450 yüngül universal yük maşınının əvəzlənməsi üçün nəzərdə tutulub. Bundan əlavə KLTV həm də ixrac edilərək satış üçün hazırlanıb.

“KIA Motors” yeni bir layihə üzərində çalışarkən əsas diqqətini yüksək hərəkətliliyi və davamlılığı olan yüngül taktiki avtomobillərin yaradılmasına yönəltdi. Bu keyfiyyətlərin birləşməsi effektiv taktiki əməliyyatlar aparmaq və hərbi əməliyyatların dəyişən xarakterinə cavab verən avtomobil yaratmağa imkan verdi.

Yeni zirehli avtomobil yaradan zaman koreyalı dizaynerlər texniki yenilikləri və Cənubi Koreya ordusunda ticari və hərbi nəqliyyat vasitələrindən istifadə təcrübəsinə əsaslandılar. Koreyanın yüngül taktiki yolsuzluq avtomobili tam ötürücülü şassi üzərində qurulub və müxtəlif problemlərin həlli üçün nəqliyyat vasitəsinə çevirilməni asanlaşdıran modul quruluşuna malikdir.

Zirehli avtomobil bir neçə əsas modifikasiyada təqdim olunur:

- çoxməqsədli nəqliyyat vasitəsi;
- zirehli kəşfiyyat maşını;
- komanda məntəqəsi;
- rabitə vasitələrinə malik vasitə;
- yük maşını (pikap).

Kəşfiyyat zirehli maşınlarında korpusun damında atıcının qorunması və müxtəlif silahların yerləşdirilməsi üçün qalxana malik lyuk mövcuddur. Damda 7.62 və ya 12.7 mm çaplı pulemyotlar, 40 mm-lik avtomatik qumbaraatan və ya tank əleyhinə raket kompleksinin atıcı qurğusu quraşdırıla bilər. Sifarişçinin istəyi ilə zirehli nəqliyyat vasitəsinə uzaqdan idarəolunan döyüş modulları da quraşdırıla bilər.

Avtomobil iki şassidə hazırlana bilər. Standart versiya 4900 mm-ə qədər uzunluğa və 6050 mm-ə qədər uzadılan təkər bazasına malikdir. Dönmə radiusu 7.8 metr olan avtomobilin maksimal eni 2195 mm, hündürlüyü isə versiyasına görə 1980 ilə 2195 mm- arasında dəyişir. İstifadə olunan təkər bazasından asılı olaraq maşının ümumi döyüş kütləsi 5.7-dən 7 tona qədərdir. Zirehli və silahlı versiyaları mövcuddur.

Standart bir şassidə olan əsas versiyada avtomobilə dörd nəfər - bir sürücü və üç sərnişin yerləşir. Təkər bazası artırılan vasitə isə 8 nəfər hərbçinin daşınmasında, habelə müxtəlif hərbi əmlakın nəql edilməsində istifadə edilə bilər.

Xarici görünüşünə görə Koreyanın yeni zirehli avtomobili, ABŞ-ın məşhur “Humvee” və ya daha müasir JLTV döyüş maşınlarına, həmçinin İtaliyanın IVECO zirehli avtomobilinə bənzəyir. Avtomobilin zirehli versiyasını ikikomponentli gülləkeçirməz şüşəsi və korpusun yan tərəflərindəki asılan zirehli qoruyucu panellərlə asanlıqla ayırd etmək olur. İstehsalçının dediyinə görə, KLTV-nin zirehli versiyaları ekipajı həm artilleriya mərmilərinin qəlpələrindən, həm də atıcı silahların güllələrindən müdafiə edir.Avtomobilin zirehlənməsində kompozit materialların və standart metal təbəqələrin birləşməsindən istifadə edilib.

İstehsalçının veb saytında zirehli kəşfiyyat vasitəsinə STANAG 4569 2 və “3” standartlarına uyğun sertifikat verildiyi bildirilir.Bu zirehləmə 30 metr məsafədə zirehdələn mərmilərə malik 7.62x39 mm, “3” standartı isə 7.62x51 mm çaplı güllələrdən dairəvi qorunmanı təmin edir.

Bu qorunma səviyyəsi əlavə olaraq heyəti STANAG 4569 2 və “3” standartları üçün 80 və 60 metr məsafədə 155 mm artilleriya mərmilərinin zərərli təsirindən müdafiə edir. Eyni standartlar, partlayıcı maddəsinin kütləsi 6 və 8 kq olan fuqas tipli tank əleyhinə minaların təkər altında partlayışı zamanı şəxsi heyətin müdafiəsini təmin edir.

Yüngül taktiki KLTV avtomobillərinin avadanlıqları

Bütün KLTV-lərdə 225 at gücünə malik yüksək effektivliyə malik dizel mühərrikindən istifadə edilir. Mühərrik ekoloji cəhətdən “Avro-5 “standartına uyğundur. Mühərrik dəqiqədə 1750 dövr ilə maksimum 510 Nm fırlanma anı istehsal edir.

Güc qurğusu 8 pilləli avtomatik transmissiya ilə birlikdə çalışır. Çoxpilləli ötürücünün istifadəsi yüksək yanacaq qənaətini və axımlı hərəkəti təmin edir. Avtomobilin ehtiyat məsafəsi 640 km qiymətləndirilir. Şossedə hərəkət edərkən maksimal sürət saatda 130 km-ə qədərdir.

Bütün KLTV avtomobilləri hərbi nəqliyyat vasitələri üçün xüsusilə vacib olan yolsuzluq şəraitində hərəkətə imkan verən tam ötürücülü təkər formulasına malikdir. Avtomobillərin bütün versiyaları müstəqil asqı ilə təmin edilir ki, bu da kobud ərazidə idarəetmə rahatlığını və keçicilik qabiliyyətini artırır, təkərlərin yol ilə təmasının yaxşılaşdırılmasını təmin edir.

Dörd kanallı bir kilidlənmə əleyhinə əyləc sisteminin (ABS) istifadəsi çətin şəraitdə avtomobilin sürülməsini yaxşılaşdırır və əyləc məsafəsini azaldır. Yerdən hündürlüyü 420 mm-dir. Avtomobil 60 dərəcəlik yüksəkliyə qalxmağı, 40 dərəcə maili yamac boyunca hərəkət etməyi və 0.76 m dərinlikdəki su maneəsini hazırlıqsız keçməyi bacarır.

Avtomobillər 315/85R16 ölçülü şinlər ilə təchiz olunur. Bütün avtomobillər təkər təzyiqini birbaşa kabinədən nizmlamağa imkan verən mərkəzi təzyiq tənzimləmə sisteminə (CTIS) malikdir, bu da sərt və yumşaq torpaqlarda istifadədən asılı olaraq təzyiqi dəyişdirməyə, həmçinin dəlinən təkərləri hava ilə doldurmağa imkan verir. Bundan əlavə, istehsalçı təkərlərin konsturksiyasının güllə və ya qəlpə ilə dəlindikdən sonra sıfır təzyiq ilə avtomobilin 48 km məsafə qət etməsinə imkan verdiyini bildirir.

Bütün KLTV-lər kondisioner və arxa görüntü kamerası ilə təchiz edilir. Sifarişə əsasən maşınlar dartma qurğusu və damın ön tərəfində hər küncündə bir tüstü qumbaraatan atıcı qurğusu ilə təchiz oluna bilər.

Zirehli KLTV-nin ixrac perspektivləri

Oktyabrın 15-dən 20-dək keçirilən Seul Beynəlxalq Aerokosmik və Müdafiə Sənayesi Sərgisində (ADEX-2019) Cənubi Koreya müəssisələri yalnız istehsal etdikləri K2 əsas döyüş tankı və K21 piyada döyüş maşınlarının yeni versiyasını deyil, həm də müasir təkərli zirehli texnikanın daha sadə modellərini nümayiş etdirdi. Sərgidə nümayiş etdirilən nəqliyyat vasitələri arasında, 2016-cı ildən etibarən 4x4 təkər formulası ilə kütləvi istehsal olunan KLTV yüngül zirehli maşınları ailəsi də yer alırdı. Ekspozisiyada təqdim olunan nümunələr arasında rabitə maşını, K153 çoxməqsədli maşını (iki versiyada), Cənubi Koreyanın “Hyeongung” (Raybolt) raket kompleksi ilə silahlanan K151 özüyeriyən TƏİRK və hərbi pikap da yer alırdı.

2016-cı ildən etibarən yüngül zirehli avtomobil KLTV Cənubi Koreya ordusunun silahlanmasındadır. Məlumdur ki, 2017-ci ildə Malidən olan hərbçilər zirehli avtomobili almağa başlayıb. Filippin və Monqolustan nümayəndələri də bu yüngül zirehli texnikalar ailəsinə maraq göstərir. Filippin hərbçiləri 2019-cu ilə qədər hərtərəfli sınaq üçün ən azı 3 ədəd KLTV zirehli texnikasını alıblar. Eyni zamanda, Filippin ənənəvi olaraq “KIA Motors” hərbi maşınları üçün geniş bir bazara çevrilib. Zirehli texnikanın Monqolustana da təklif edilməsi, şəbəkədə avtomobilin texniki xüsusiyyətlərinin monqol dilində çıxan broşurasından məlum olur, bu barədə xəbərlər 2019-cu ilin əvvəlində ortaya çıxib.

Koreyanın taktiki avtomobilinin ilk beynəlxalq debütü 2015-ci ildə Abu-Dabidəki IDEX-2015 sərgisində olub. 2018-ci ildə KLTV zirehli avtomobili Karaçi şəhərində (Pakistan) keçirilən sərgidə də nümayiş olunub. Pakistan hərbçilərinin də bu vasitəyə marağı olduqca yüksəkdir.

4x4 təkər formulalı Koreya yüngül zirehli avtomobilinin vacib üstünlüklərindən biri də, onun olduqca cəlbedici qiymətə malik olmasındadır. Yeni məhsulu təqdim edən “KIA Motors” nümayəndələri bu sinif avtomobillər üçün olduqca aşağı qiymət - əsas versiyada bir avtomobil üçün 200 min dollar təyin ediblər.

ADEX-2019 sərgisində də təqdim olunan avadanlıq, beynəlxalq silah bazarında getdikcə daha çox rol oynamağa başlayan Cənubi Koreyanın hərbi-sənaye kompleksinin imkanlarının ciddi şəkildə artdığını göstərir. Cənubi Koreyanın hərbi-sənaye kompleksinin hazırkı vəziyyəti ölkəyə, beynəlxalq bazarda mütləq alıcısını tapacaq əsas döyüş tanklarından və tırtıllı piyada döyüş maşınlarından yüngül taktiki təkərli zirehli texnikaya qədər, zirehli texnikanın tam qammasını istehsal etməyə imkan verir.

Yazı Sergey Yuferevin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   KLTV  

Cənubi Koreyanın yüngül zirehli avtomobili KLTV

2020/03/brone-1583840301.jpg
Oxunub: 1264     17:28     13 Mart 2020    