Hərbi ekspert: “Azərbaycan SQ-nin ön xətdə aktivləşməsi Paşinyanın konstruktiv mövqe tutmasına əvəzsiz töhfə verə bilər”

2020/02/SAH_1-1582032383.jpg
Oxunub: 2227     17:24     18 Fevral 2020    
“Ermənistan Ordusunda baş verən son hadisələr, xüsusilə də atəşkəs razılaşması əldə olunduqdan sonra erməni hərbi qulluqçuları arasında artan ölüm halları, Ermənistan hakimiyyətinin orduda nizam-intizama nəzarəti əldə saxlamaqda çətinlik çəkdiyinin göstəricisidir”.

Bu barədə Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev bildirib.

Ekspert xatırladıb ki, keçən il ərzində Ermənistan ordusunda baş verən 49 hadisədən 20-si hərbi xidmət keçməklə əlaqəli olub, 29-u isə hərbi xidmətlə əlaqəli olmayan hallarda baş verib.

“Ordu.az-ın müxtəlif mənbələrdən əldə etdiyi və Ermənistan baş prokurorluğunun da rəsmən təsdiqlədiyi rəsmi məlumatlarına görə, 2020-ci ilin yanvar ayının ilk iki həftəsi ərzində Ermənistan silahlı qüvvələrində (işğal altındakı torpaqlarımızda dislokasiya olunan qanunsuz “hərbi birləşmə” də daxil olmaqla – red.) 14 hərbi qulluqçunun ölüm faktı, 6 nəfərin isə yaralanması qeydə alın alınıb. Cəmi 14 gün ərzində qeydə alınan 20 ölüm və yaralanma hadisəsi, bəlkədə atəşkəs dövründə qeydə alınan rekord göstəricilərdən biridir. Baş verən hadisələrin analizi zabitlə tabelikdə olan şəxsi heyət arasında nizamnamədənkənar münasibətlərinin, o cümlədən intihar və ya intihar həddinə çatdırma, qətl, silahla davranışda təhlükəsizlik qaydalarının pozulması, işgəncə və təhqir hallarının artıq erməni ordusunun həyat tərzinə çevrilməsini sübut edir”, - deyə Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, digər qeyd edilməsi vacib olan bir məqam, işğal altında olan Qarabağdan Ermənistana gətirilən əsgər meyitlərinin təkrar tibbi ekspertizadan keçirilməsi və bu zaman ölən əsgərlərin bəzilərinin qaraciyəri, dalağı, böyrəkləri və digər orqanlarının yerində olmadığının aşkar edilməsindən ibarət olub.

“Bu məsələ hələ də müstəqil espertiza tərəfindən araşdırılmayıb və orqan qalmaqalında ən çox adı hallanan isə Xoren Azaryan adlı hərbi həkimin fəaliyyətinə rəsmi orqanlar, xüsusilə cavabdeh Müdafiə Nazirliyi və hüquq mühafizə qurumları tərəfindən açıqlama və ya hüquqi qiymət verilməyib.

Nəticədə Baş nazir Paşinyan və Müdafiə naziri Tonoyan erməni müxalifəti və ictimaiyyəti, xüsusilə də həlak olanların yaxınları tərəfindən ciddi tənqidlərə məruz qalır. Hakimiyyətə yaxın media resurslarının hakimiyyəti tənqidlərdən qorumaq istiqamətində apardıqları fəaliyyət hələ ki, etiraz dalğasının yatırılmasına kömək etmir”, - deyə hərbi ekspert qeyd edib.

Ekspert açıqlamasında etirazların artması fonunda Paşinyanın dünən orduda baş verən ölüm və yaralanma hadisələri ilə bağlı keçirdiyi müşavirəyə toxunub.

“Ermənistan Silahlı Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi, general-mayor Alik Aleksanyanı da vəzifəsindən azad edilib. Az əvvəl ölüm hallarının araşdırılmasına məsul olan Ermənistanın Hərbi Polis rəisi də vəzifəsindən azad edilib. Görünür ki, vəzifələrdən azad olunanların siyahısı bununla yekunlaşmayacaq. Çünki etiraz edən valideynlər 2-ci və ya 3-cü səviyyəli məmurların deyil, birbaşa Müdafiə naziri Tonoyanın vəzifəsindən azad edilməsini, əsgər ölümlərində günahkar olanların isə cəzalanmasını tələb edirlər”, - deyə Ədalət Verdiyev qeyd edib.

Hərbi ekspert bu ilin yanvarın 10-da Paşinyanın öz “Facebook” səhifəsində “Ermənistan ordusunda itkilər baxımından tarixi minimumun qeydə alınmasını” ilə bağlı qeydinin onun özü üçün başağrısına çevriləcəyini vurğulayıb.

“Bu tənqidlər fonunda Ermənistan ordusunda kadr yerdəyişmələri keçiriləcək. Ölən erməni hərbi qulluqçularının valideynlərinin etirazlarının davam edəcəyi təqdirdə, Paşinyanın ən çox ölüm və yaralanma hadisələri baş verən birliklərdən ən azı birinin komandir və tərbiyəvi işlər üzrə müavinini vəzifədən azad edəcəyi, həmçinin cinayət işlərinin araşdırılmasında fəaliyyətlərin intensivləşdirilməsini tələb edəcəyi gözlənilir. Ölüm hallarının qarşısının alınmaması isə ümumilikdə həm Paşinyanın, həm də Tonoyanın siyasi karyerasını sual altında qoya bilər. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə aktivləşməsi danışıqlar prosesində Paşinyanın “münaqişənin danışıqlardan başqa yolu yoxdur” iddiasını alt-üst etməklə bərabər, onun konstruktiv mövqe tutmasına da əvəzsiz töhfə verə bilər”, - deyə hərbi ekspert Ədalət Verdiyev sözlərini yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Hərbi ekspert: “Azərbaycan SQ-nin ön xətdə aktivləşməsi Paşinyanın konstruktiv mövqe tutmasına əvəzsiz töhfə verə bilər”

2020/02/SAH_1-1582032383.jpg
Oxunub: 2228     17:24     18 Fevral 2020    