Xəzərdə antiterror təlimləri keçiriləcək

2018/03/867_1519909290.jpg
Oxunub: 657     16:54     18 Fevral 2020    
Bu il Xəzərdə MDB ölkələri tərəfindən “Xəzər-Antiterror” adlı təlimlər keçiriləcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, MDB Antiterror Mərkəzinin açıqlamasına görə, təlimlərdə Xəzər regionunun təhlükəsizliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Açıqlamaya görə, MDB ölkələrinin antiterror qurumları rəhbərlərinin Moskva şəhərində keçirilən sayca 13-cü müşavirəsində üzv ölkələrinin xüsusi xidmət nümayəndələrinin işçi görüşü də keçirilib. Həmin görüşdə “Xəzər Antiterror 2020” müştərək təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Hazırda sözügedən təlimin ssenarisi və iştirakçıları müəyyənləşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xəzər-dənizi   Təlim  

Xəzərdə antiterror təlimləri keçiriləcək

2018/03/867_1519909290.jpg
Oxunub: 658     16:54     18 Fevral 2020    