Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb

2020/02/32423-1582030427.jpg
Oxunub: 291     15:21     18 Fevral 2020    
Moskva şəhərində Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş yekunlaşıb.

Ordu.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu məlumat verib.

O, müzakirələr nəticə vermədiyi təqdirdə prezidentlər səviyyəsində görüşlərin davam etdiriləcəyini açıqlayıb.

Bu arada, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin İdlibə hücumları nəticəsində son altı gündə 148 min mülki vətəndaş Türkiyə ilə sərhədə köçüb.

Xatırladaq ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında ilk görüş fevralın 17-də baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Rusiya  

Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb

2020/02/32423-1582030427.jpg
Oxunub: 292     15:21     18 Fevral 2020    