Ermənistanın Qarabağdakı “hərbi birləşməsi”nin “komandir”i vəzifəsinə namizədlər bəllidir

2020/02/BeFun-1582021817.jpg
Oxunub: 710     14:29     18 Fevral 2020    
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis rəisi, general-mayor Artur Bağdasaryan istefa verib. Bununla yanaşı Ermənistanın işğal altındakı Qarabağda yerləşdirilmiş qanunsuz “hərbi birləşməsi”nin komandiri Karen Abrahamyanın da istefa verəcəyi gözlənilir.

Qeyd olunur ki, Abrahamyanın vəzifəsinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş əməliyyat idarə rəisi, general-leytenant Tiran Xaçatryan təyin olunacaq.

Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsinə 2019-cu il noyabrın 28-də təyin olunub.

Qeyd edək ki, bundan öncə KİV-lərdə sözügedən vəzifəyə qondarma qurumun “qərargah rəisi” Calal Harutyunyanın təyin olunacağı qeyd olunurdu, lakin o, bunu təkzib edib.

“Belə bir şey yoxdur, mən ilk dəfə sizdən eşidirəm. Bu məsələ ilə bağlı heç kim mənə zəng etməyib, belə bir danışıq olmayıb”, - deyə Calal Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İxtisar  

Ermənistanın Qarabağdakı “hərbi birləşməsi”nin “komandir”i vəzifəsinə namizədlər bəllidir

2020/02/BeFun-1582021817.jpg
Oxunub: 711     14:29     18 Fevral 2020    