Danimarka qoşunları mart ayında İŞİD-lə mübarizə çərçivəsində İraqa geri dönəcək

2020/02/5e4ae-1582014194.jpg
Oxunub: 653     18:47     18 Fevral 2020    
Danimarka qoşunları İraq təhlükəsizlik qüvvələrinə İŞİD-lə mübarizə təlimləri keçmək üçün martın 1-də yenidən İraqa qayıdacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, danimarkalı hərbi qulluqçular əvvəlki yerlərinə, Ayn əl-Əsəd bazasına yerləşəcək.

Qeyd edək ki, Danimarkanın 130 hərbi qulluqçusu 8 yanvarda İranın hava zərbələrindən sonra İraqı tərk edib.

Ölkənin Müdafiə Nazirliyi İraqda təhlükəsizlik vəziyyətinin normallaşdığı üçün hərbi qulluqçuların geri dönməsində heç bir problem olmadığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Danimarka   İŞİD  

Danimarka qoşunları mart ayında İŞİD-lə mübarizə çərçivəsində İraqa geri dönəcək

2020/02/5e4ae-1582014194.jpg
Oxunub: 654     18:47     18 Fevral 2020    