Donbasa döyüşlər başa çatıb, ölən və yaralananlar var - YENİLƏNİB

2020/02/15733-1582016935.jpg
Oxunub: 1152     12:41     18 Fevral 2020    
Donbasda Ukrayna Silahlı Qüvvələri ilə separatçılar arasındakı döyüşdə atəşkəs elan olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, döyüşlərdə Ukrayna ordusunun 1 hərbi qulluqçusu həlak olub, 4 nəfər isə yüngül xasərət alıb.

Məlumata görə, hücum edən separtçılardan 1-i öldürülüb, daha 5 nəfəri isə yaralanıb.

Xatırladaq ki, səhər saatlarında Donbasda separatçılar Ukrayna ordusuna hücum edib.

*****

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov “Facebook” səhifəsində yazıb.

Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər.

Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər və Ukrayna tərəfi itkilər verib.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.

Qeyd edək ki, bu, 2018-ci ildən bəri ilk geniş miqyaslı döyüşlərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Donbas  

Donbasa döyüşlər başa çatıb, ölən və yaralananlar var - YENİLƏNİB

2020/02/15733-1582016935.jpg
Oxunub: 1153     12:41     18 Fevral 2020    