Erməni komandir: “Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli məğlub olmusan”

2020/02/image-1582009047.jpg
Oxunub: 473     15:56     18 Fevral 2020    
“Əgər “Harsnakar”da hərbi həkimin üzərinə silah qaldıranlar, Vayk hərbi hissələrindən birində zabitə qarşı xuliqanlıq hərəkəti edənlər, “N” saylı hərbi hissədə qətl və bir sıra cinayət iğtişaşları edənlər vaxtilə layiqli cəzalarını alsaydı, bu qətllər olmazdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunda hökm sürən vəziyyətə və tez-tez baş verən qətl hadisələrinə toxunarkən “Tiqran Mets” alayının komandiri, eyni adlı hərbi məktəbin direktoru Koryun Qumaşyan bildirib.

Qumaşyanın sözlərinə görə, tez-tez baş verən iğtişaşlar köhnələrlə yenilərin toqquşmasının nəticəsidir.

“Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli sən məğlub olmusan”, - deyə o bildirib.

Komandir qeyd edib ki, Ermənistan ordusunda ordudan yayınanlar xidmət edənlərdən daha çoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Ölüm  

Erməni komandir: “Zabit və əsgərinin həyatını xilas edə bilmirsənsə, deməli məğlub olmusan”

2020/02/image-1582009047.jpg
Oxunub: 474     15:56     18 Fevral 2020    