Ermənistan ordusunda baş verənlərin əsas səbəbləri nələrdir? - 4 SƏBƏB

2020/02/22069-1582007279.jpg
Oxunub: 582     16:39     18 Fevral 2020    
“Orduda baş verənlərin səbəblərinin çox olmağına baxmayaraq, 4 əsas səbəb var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan orduda baş vermiş faciəvi hallara və onları yaradan qəddar hadisələrə toxunarkən deyib.

O qeyd edib ki, bunlardan birincisi siyasi elitaların orduya qarşı münasibətidir

“İkinci məsələ zabit heyətinə aiddir. Hərbi tədris müəssisələrində zabit heyəti yaradılmalı idi, orada həqiqətən vətənpərvər zabitlər olmalı idilər, lakin bu müəssisələrə daha çox başqa ali təhsil müəssisələrinə qəbul oluna bilməyən uğursuzlar qəbul olunurlar. Üçüncü məsələ orduya çağrılmış hərbi çağırışçıların təhsil səviyyəsinin aşağı olmasıdır. Dördüncü səbəb isə orduda cəzanın qaçılmazlığının yoxluğudur”, - deyə İşxanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Zorakılıq  

Ermənistan ordusunda baş verənlərin əsas səbəbləri nələrdir? - 4 SƏBƏB

2020/02/22069-1582007279.jpg
Oxunub: 583     16:39     18 Fevral 2020    