Erməni siyasi xadim: “Orduda zorakılıq səviyyəsini azaltmaq böyük-böyük danışmaqla və təyyarələrin fonunda selfi etməklə olmur”.

2020/02/Aveti-1582007209.jpg
Oxunub: 456     13:14     18 Fevral 2020    
“Bu il yanvarın 10-da Baş nazir Nikol Paşinyan özünəməxsus sensasiyalı bir üslubda 2019-cu ildə Ermənistan ordusunda itkilərin “tarixi ən aşağı” səviyyəsinin qeydə alındığını bildirdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli gündəm” partiyasının həmsədri Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

O, qeydində Ermənistan ordusunda hərbi qulluqçuların ölüm hadisələrinə toxunub.

“Lakin bu, onun növbəti saxtakarlığı idi (2013-2014-cü illərdə orduda itkilər daha az olub), həqiqət daha qəddar tapıldı. Orduda qətllər və məcbur edilmiş intiharlar təkcə bizim deyil, eləcə də dünyanın istənilən ordusu üçün davamlı ağır məsələlərdir, xüsusilə də orada məcburi müddətli xidmət varsa.

Bütün bunların öz həlləri var və orduda zorakılıq səviyyəsini azaltmaq mümkündür, lakin bu, asan deyil, üstəlik də böyük-böyük danışmaqla və təyyarələrin fonunda selfi etməklə həll olunmur”, - deyə Çalabyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Erməni siyasi xadim: “Orduda zorakılıq səviyyəsini azaltmaq böyük-böyük danışmaqla və təyyarələrin fonunda selfi etməklə olmur”.

2020/02/Aveti-1582007209.jpg
Oxunub: 457     13:14     18 Fevral 2020    