BMT İdlibdəki vəziyyət barədə xəbərdarlıq edib

2020/02/p082x-1582002978.jpg
Oxunub: 451     10:01     18 Fevral 2020    
BMT XXI əsrin ən böyük humanitar faciəsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbində atəşi təcili dayandırmağa çağırır.

Ordu.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.

O qeyd edib ki, əgər güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, XXI əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq.

Loukokun sözlərinə görə, regionda güc tətbiqi yeni və dəhşətli səviyyəyə çatıb. O əlavə edib ki, Rusiya Federasiyası və İranla tərəfindən dəstəklənən Suriya rejiminin dekabrda başlayan hücum əməliyyatı təxminən 900 000 insanın öz yerini dəyişməsinə gətirib çıxarıb.

Loukok bildirib ki, evlərini tərk edən dinc sakinlər travmalar alırlar və küçələrdə aşağı temperaturlarda yatmağa məcbur olurlar, çünki düşərgələr dolub.

"Analar uşaqları qızdırmaq üçün plastik əşyaları yandırırlar. Körpələr və balaca uşaqlar soyuqdan ölürlər", - beynəlxalq təşkilatın nümayəndəsi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   İdlib  

BMT İdlibdəki vəziyyət barədə xəbərdarlıq edib

2020/02/p082x-1582002978.jpg
Oxunub: 452     10:01     18 Fevral 2020    