Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları müqavilə əsasında xidmət edəcəklər

2020/02/russi-1582002661.jpg
Oxunub: 514     11:10     18 Fevral 2020    
Rusiya Silahlı Qüvvələri bir müddətdən sonra tamamilə müqavilə əsasında xidmət edən hərbçilərdən ibarət olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryev jurnalistlərə məlumat verib.

O deyib ki, Rusiyada həqiqi hərbi xidmətə ildə iki dəfə keçirilən çağırış zamanı 150 min əsgər xidmətə cəlb olunur. Hazırda hərbi xidmət keçən əsgərlər gələcəkdə mobil ehtiyat qüvvələrini təşkil edəcəklər.

Senator qeyd edib ki, bu gün cəmiyyətdə orduda qulluq etməyə maraq yüksəkdir. Bu, 2017-ci ildə qəbul edilmiş və hərbi qulluq keçməyən şəxslərə 10 il dövlət və bələdiyyə qulluğunda işləməyi qadağan edən qanunla bağlıdır.

V.Bondaryevin sözlərinə görə, indi Rusiya ordusunda təxminən 400 min hərbçi müqavilə əsasında xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ordu  

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları müqavilə əsasında xidmət edəcəklər

2020/02/russi-1582002661.jpg
Oxunub: 515     11:10     18 Fevral 2020    