İranın xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

2020/02/photo-1581939088.jpg
Oxunub: 830     16:30     17 Fevral 2020    
İranın “iscanews.ir” xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.

Ordu.az xəbər verir ki, yazıda erməni vəhşiliyi və onların törətdiyi cinayət əks olunub. Qeyd olunub ki, 1992-ci ilin fevralın 26-da erməni silahlıları Xocalıya hücum edərək dinc əhaliyə qarşı amansız soyqırımı törədiblər. Ən dəhşətlisi isə ondan ibarətdir ki, qətlə yetirilənlərin çoxu uşaqlar, qocalar və qadınlar olub.

Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.

Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Xocalı-Soyqırımı  

İranın xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

2020/02/photo-1581939088.jpg
Oxunub: 831     16:30     17 Fevral 2020    