Türkiyə Hərbi Hava Qüvvələri üçün F-35 alternativləri - ARAŞDIRMA (EKSPERT)

2020/03/1-1583839739.jpg
Oxunub: 3193     12:06     13 Mart 2020    
1980-ci illərin ikinci yarısında bəlli oldu ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı parkı artıq köhnəlir və yenilənməlidir. 1985-ci ildə 300 ədəd qırıcının təxminən yarısı müasir tələblərə tam cavab vermirdi. 1960-cı illərin əvvəllərində Türkiyə HHQ-yə təhvil verilən ilk səsdən sürətli F-100C/D “Super Saber” qırıcılarının 80-ci illərin ortalarında ehtiyatları tükəndi və sonrakı bir neçə il ərzində onlar istismardan çıxarıldı.

Kifayət qədər çox sayda F-104G/S “Starfighter qırıcıları” geniş resursları və çox sayda ehtiyat hissələrinin mövcudluğu səbəbindən daha 15 il müddətində xidmət edə bilərdi. Lakin təcrübə göstərdi ki, bu qırıcılar hava hücumundan müdafiə qoşunlarının ələkeçiricisi kimi daha optimaldır və Varşava Paktı ölkələrinin əsas cəbhə qırıcıları ilə rəqabət aparmaqda çətinlik çəkir.

F-4E “Phantom II” çoxməqsədli ağır qırıcıları isə ilk növbədə raket zərbələri üçün istifadə edilirdi. “Phantom” yüksək sürət xüsusiyyətlərinə, güclü RLS-ə və yarımaktiv özütuşlanan başlıqlı idarəolunan orta mənzilli raketlərə malik idi, lakin onlar da yaxın döyüş üçün tam yararlı deyildi.

30-dan çox yüngül F-5A “Freedom Fighter” qırıcıları isə HHQ-nin döyüş imkanlarına ciddi təsir edə bilmirdi. Bu təyyarələr yaxşı manevr qabiliyyətinə malik idi, lakin 1980-ci illərin ortalarında da artıq müasir sayılmırdılar. Onun göyərtəsindəki RLS zəif olsa da, uçuşun maksimal sürəti səs sürətindən yüksək idi.

1980-ci illərin ortalarından etibarən SSRİ Hərbi Hava Qüvvələrinin qırıcı alaylarının silahlanmasına dördüncü nəsil yüngül MiQ-29 qırıcıları daxil olmağa başladı. Gələcəkdə bu döyüş təyyarələrinin digər şərq bloku ölkələrində mövcud köhnə MiQ-ləri əvəz edəcəyini nəzərə alan Türkiyə HHQ-si aviasiya parkını dərindən yeniləməyə qərar verdi.

1985-ci ildə ilk türk pilotları F-16C/D “Fighting Falcon” (Döyüşən Şahin) qırıcılarında təlim keçmək üçün ABŞ-a göndərildi. 1987-ci ildə Türkiyə ən yeni 4-cü nəsil döyüş təyyarələri əldə etdi. 1987-1995 illəri arasında Türkiyə Hərbi Hava Qüvvələri ümumilikdə 155 ədəd F-16C/D qırıcısına malik oldu. Onlardan 46 ədədi “Blok 30”, 109 ədədi isə “Blok 40” versiyasına aid idi. Bu qırıcıların son montaj işləri Ankaradakı fabrikdə aparıldı.

Türkiyənin F-16S qırıcısı

XXI əsrdə Türkiyə rəhbərliyi ölkədə yüksək texnoloji hərbi istehsalın inkişafına tərəf istiqamət götürüb. 2008-ci ildə “Turkish Aerospace Industries” (TAİ) ABŞ-ın “Lockheed Martin” şirkəti ilə Ankara zavodunda F-16C “Block 50” qırıcısının ortaq istehsalı üçün razılaşma əldə etdi. 2009-cu ilin mart ayında Türkiyə Hərbi Hava Qüvvələri dəyəri 1,7 milyard dollar olan 30 ədəd qırıcıdan ibarət ilk partiya üçün sifariş verdi. Eyni zamanda, müqavilə erkən versiyalı F-16C/D qırıcılarının kifayət qədər ömrünü uzadan modernləşdirilməni də təmin etdi.

F-16C “Block 50” versiyasının qırıcı təyyarələrində əvvəlki AN/APG-66 RLS-in əvəzinə yeni çoxfunksiyalı AN/APG-68 (V) 5 radiolokasiya stansiyası quraşdırılıb. F-16C “Block 50+” modifikasiyası isə AN/APG-68 (V) 9 RLS-i ilə təchiz edilir. Silahlanma dəstinin tərkibinə yeni AIM-9X qısa və AIM-120C-7 orta mənzilli idarəolunan raketlər daxil edilib.

Təkmilləşdirilən F-16C/D qırıcıları “Link 16” standart məlumat mübadiləsi avadanlıqları, rəngli çoxfunksiyalı maye kristal monitorlar, dəbilqəyə quraşdırılan hədəf təyinetmə sistemi və gecəgörmə eynəkləri əldə edib.

“Pratt & Whitney” F100-PW-229 EEP mühərrikləri artırılan təmirarası müddəti ilə, təyyarənin istismar dövrünün xərclərini əhəmiyyətli dərəcədə azaldır və uçuş təhlükəsizliyini artırır. Qırıcılar onun sürətini, sürətlənmə xüsusiyyətlərini və manevr qabiliyyətini bir qədər zəiflədən, lakin “məsafə-döyüş yükü” parametrini əhəmiyyətli dərəcədə artıran iki yanacaq çəni ilə təchiz edilə bilər.

F100-PW-229 mühərriki olan F-16C “Block 50” qırıcısının normal uçuş kütləsi 12723 kq (əlavə çənlər ilə 14548 kq), maksimal uçuş kütləsi isə 19190 kq-dır. 12000 m yüksəklikdə maksimal sürəti 2120 km/saat olan qırıcı xarici yanacaq çənləri, 2 ədəd AIM-120 və 2 ədəd AIM-9 raketləri ilə 1750 km radiusda hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirə bilir. Daxili silahlanmasında 20 mm M61A1 “Vulkan” topu da mövcuddur. AIM-7 “Sparrow”, AIM-9 “Sidewinder”, AIM-120 AMRAAM və ya onların Avropa (İsrail) istehsalı analoqlarından ibarət hava döyüşü raketləri 6 xarici asqıda daşına bilər.

“Google Earth” peyk görüntüləri: F-16 qırıcıları Ankaradan 30 km şimal-qərbdə TAI fabrikinin aerodromunda

ABŞ lisenziyası ilə milli sənayedə istehsal olunan ilk çoxməqsədli F-16C “Block 50” döyüş təyyarəsi 23 may 2011-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib. Ankarada, həmçinin Pakistanın F-16A/B qırıcılarının modernləşdirilməsi və Misir Hərbi Hava Qüvvələri üçün yeni F-16C/D versiyalarının yığılması həyata keçirilirdi.
“The Military Balance” nəşrinin 2016-cı il məlumatlarına görə, Türkiyə Hərbi Hava Qüvvələrində 35 ədəd F-16C/D “Blok 30”, 195 ədəd F-16C “Blok 50” və 30 ədəd F-16C “Block 50+” mövcuddur. İlk versiyalı F-16C/D “Blok 30” qırıcılarının bəzilərinin silahlanmadan çıxarılması, anbarlara köçürülməsi və ya təmirdə olmasını nəzərə alsaq, bu gün Türkiyə HHQ-də təxminən 250-yə qədər F-16C/D qırıcılarının tam döyüşə hazır vəziyyətdə olduğunu deyə bilərik.

F-4E “Phantom II” və F-5A “Freedom Fighter” təyyarələrinin bir hissəsi istismardan çıxarıldıqdan sonra, təkmühərrikli F-16C/D hava hücumundan müdafiə vəzifələrini yerinə yetirmək və hava üstünlüyü uğrunda mübarizə apara bilən Türkiyə Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarəsi oldu. Bundan əlavə əsas hücum vəzifələrini də onlar yerinə yetirir.

Soyuq müharibə dövrü ilə müqayisədə Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı parkının tərkibi bir qədər azalıb. Müasir F-16C/D qırıcılarının yüksək döyüş qabiliyyətinə malik olması və qlobal müharibə riskinin azalması, Ermənistanın çox zəif döyüş təyyarə parkına malik olması və İraq ilə Suriyanın hücum təyyarələrinin sayının kəskin azalmasını nəzərə alsaq, hazırda Türkiyə üçün 250 ədəd yüngül çoxfunksiyalı F-16 qırıcısının müxtəlif versiyaları kifayət edir.

Türkiyənin F-16C/D qırıcıları regionda kifayət qədər aktivdir. 1990-cı illərin ortalarında Yunanıstan Hərbi Hava Qüvvələrinin qırıcıları bir neçə dəfə hava döyüşündə Türkiyə pilotları ilə açıq mübarizədən çəkiniblər. Türkiyə F-16 təyyarələrini ölkənin cənub-şərqində və İraqda kürdlərlə qarşıdurmada geniş və uğurla istifadə edir. Hazırda Suriya ilə həmsərhəd zonada baş tutan əməliyyatlarda onlardan geniş istifadə edilir.

16 sentyabr 2013-cü ildə Türkiyə F-16 təyyarəsi Suriya ilə sərhədin yaxınlığında yerləşən Latakiya əyalətində Əsəd qüvvələrinə aid Mi-17 helikopterini məhv edib. 23 mart 2014-cü ildə isə Türkiyə Hərbi Hava Qüvvələri sərhəddən bir neçə kilometr məsafədə Suriyanın müxalif qüvvələrini bombalayan “MiQ-23” qırıcısını vurub. 24 noyabr 2015-ci il tarixində türklərin F-16C qırıcısı, Suriyanın hava məkanından Türkiyə hava məkanına müdaxilə edən Rusiyanın “Su-24M” cəbhə bombardmançısını məhv edib.

Türkiyə qırıcısının raketlə məhv etdiyi Rusiyanın “Su-24M” təyyarəsinin yerə düşməsi

Bu hadisədən sonra Rusiya tərəfi bir neçə dəfə sərt bəyanatlar versə də, məsələ əsasən türklərin şimal ölkəsinə pomidor idxalına qadağa ilə nəticələndi. Hadisənin Rusiya ilə Türkiyə münasibətləri üçün ciddi nəticələr olacağı gözlənilsə də, sonradan münasibətlər əvvəlkindən də yüksək səviyyəyə qaldırıldı. Lakin hazırda münaibətlərdə yenə də müəyyən gərginlik müşahidə edilməkdədir.

Türkiyə Hərbi Hava Qüvvələrinin fəaliyyəti 2016-cı ilin 15-16 iyul hərbi çevriliş cəhdindən sonra kəskin surətdə aşağı düşdü. İyulun 16-da gecə və səhər Ankaranın paytaxtında baş verən çevrilişə cəhd zamanı F-16 qırıcıları prezident sarayına və parlament binasına hava zərbələri endirdilər. Türkiyədəki çevrilişin uğursuzluğundan sonra hüquq-mühafizə orqanlarında geniş miqyaslı təmizləmələrə başlandı.

Bir neçə ay içində çevriliş cəhdi ilə əlaqədar on mnlərlə insan həbs edildi. Üsyançılara dəstək verməkdə şübhəli bilinən onlarla təcrübəli pilot və yüksək səviyyəli texniki mütəxəssis həbs edildi və ya Hərbi Hava Qüvvələrindən tərxis edildi. Bir neçə qırıcı eskadrilyası isə ləğv edildi. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş heyətlərində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər davam edir.

“Google Earth” peyk görüntüsü: F-16 qırıcıları Balıkesir aviabazasında

Son vaxtlara qədər Türkiyənin hava məkanının qorunmasını təmin etmək vəzifələrinin bir hissəsini Konya və İncirlikdəki aviabazalarında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları yerinə yetirirdi. Türkiyə pilotları isə burada ABŞ-ın F-15C/D/E qırıcıları ilə ətraflı tanış olmaq imkanı əldə ediblər. ABŞ Hərbi Hava Qüvvələrinin ikimühərrikli ağır qırıcı təyyarələri hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirir və ABŞ-Türkiyə hərbi təlimlərində mütəmadi olaraq iştirak edir.

“Google Earth” peyk görüntüsü: ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcıları Konya aviabazasında

Konya aviabazasında yerləşən qırıcılar birgə patrul missiyalarında iştirak edir, “İncirlik” aviabazasında yerləşən və NATO-nun Türkiyədəki hərbi hava qüvvələrinin bir hissəsi olan E-3C AWACS (uzaq mənzilli radiolokasiya aşkarlanması) təyyarələrinin mühafizəsini təmin edirlər.

“Google Earth” peyk görüntüləri: ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarələri İncirlik aviabazasında

Keçmişdə beynəlxalq hava salonlarında, Türkiyə nümayəndələri F-15E “Strike Eagle” qırıcısının daha bir inkişaf edən versiyası olan və ailəsinin ən inkişaf etmiş versiyası olan F-15SE “Silent Eagle” ağır qırıcı ilə fəal maraqlanırdılar. Bu modifikasiyanın əsas alıcıları İsrail və Səudiyyə Ərəbistanıdır, F-15SE qırıcıları Yaponiya və Cənubi Koreyaya da təklif edilib. Türkiyə, istəsə F-15SE ala bilərdi, lakin iddialara görə, ABŞ bu təyyarələri kreditlə satmaqdan imtina edib və əvəzində F-25-in JSF proqramında birgə iştirak etməyi təklif edib. F-35A modelinin dəyəri 84 milyon dollar olduğu halda 2010-cu ildə “Boeing Corporation” cütmühərrikli F-15SE üçün 100 milyon dollar tələb edirdi. Gələcəkdə F-16-lar F-35A “Lightning II” qırıcılarını əvəz etməli idi. Əvvəlcə istismardan çıxarılan az sayda F-4E qırıcı-bombardmançılarını da “Lightning” ilə əvəz etmək planlaşdırıldı. Türkiyə hərbçiləri isə uçuş sürəti 1930 km/saat, maksimum uçuş kütləsi 29000 kq, yanacaq doldurmadan və əlavə yanacaq çəni olmadan döyüş radiusu 1080 km olan F-35-ləri ələkeçirmə və manevrli hava döyüşlərindən daha çox hücum tapşırıqlarını yerinə yetirmək üçün uyğun hesab etdilər.

F-35A qırıcıları dünyanın ən inkişaf etmiş bort radioelektron avadanlıqları (qısaca avionika) ilə təchiz olunur. Təyyarə həm hava, həm də yerüstü hədəflərə qarşı effektiv işləyən AFAR-a malik AN/APG-81 çoxfunksiyalı RLS ilə təchiz edilir. F-35A pilotunun füzelyajda yerləşən sensorlardan və məlumatları emal edən kompüter komplekslərindən ibarət, bölünən aperturalı AN/AAQ-37 elektro-optik sistemi (EOS) mövcuddur. EOS təyyarəni raket hücumu barədə vaxtında xəbərdar etməyə, hava hücumundan müdafiə sistemlərinin və zenit artilleriyasının mövqelərini aşkar etməyə, təyyarənin arxasında uçan hədəfə qarşı “hava-hava” raketi atmağa imkan verir.

AAQ-40 infraqırmızı CCD-TV kamerası, RLS-i aktivləşdirmədən belə istənilən yerüstü, suüstü və hava hədəflərinin bütün istiqamətlərdə ələkeçirilməsini və izlənilməsini təmin edir. Kamera avtomatik rejimdə və böyük məsafədə hədəfləri aşkarlamağa və izləməyə, habelə təyyarənin lazer şüalanmasını aşkar etməyə qadirdir. AN/ASQ-239 maneə yaratma stansiyası avtomatlaşdırılan rejimdə müxtəlif təhlükələrə - hava hücumundan müdafiə sistemlərinə, yerüstü və gəmi radarlarına, həmçinin qırıcı radarlarına qarşı effektiv təsir edə bilir.

Türkiyə 2002-ci ildə F-35A proqramına qatıldı və 2007-ci ilin yanvarında Ankara “Joint Strike Fighter” (JSF) istehsal proqramına üzv oldu. JSF proqramı çərçivəsində Türkiyə müəssisələrində 900-ə yaxın məhsul komponentinin istehsal edilməsi nəzərdə tutulurdu. F-35-in istehsal dövrü ərzində Türkiyə komponent istehsalından 9 milyard dollar qazanmalı idi.

Türkiyə Hərbi Hava Qüvvələrinə ilk F-35A qırıcısının tədarük edilməsi 2014-cü ilə planlaşdırılırdı. Ümumilikdə müqavilə ildə 10-12 ədəd olmaqla 100 təyyarənin tədarükünü nəzərdə tuturdu. Lakin bəzi gecikmələrə görə Türkiyə Hərbi Hava Qüvvələri üçün hazırlanan ilk iki vasitə yalnız 2018-ci ildə Arizonadakı “Luke” aviabazasına verildi.

Türkiyə Hərbi Hava Qüvvələri üçün F-35A qırıcıları

Son vaxtlara qədər əvvəllər F-4E-də uçan 171 və 172-ci eskadrilyanın türk pilotları bu qırıcılarda təlim keçirdilər. Türkiyə Hərbi Hava Qüvvələri komandanlığı F-35A-ləri NATO-nun əsas radar qurğusunun yerləşdiyi Mərkəzi Anadoludakı Malatya aviabazasına yerləşdirməyi planlaşdırırdı. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini satın aldıqdan sonra Ankara ilə Vaşinqton arasındakı münasibətlər pozuldu və türk pilotlarından ABŞ-ı tərk etmələri tələb edildi. Qırıcıların taleyi hələ də müəyyən edilməyib.

Gələcəkdə Türkiyə Hərbi Hava Qüvvələrindəki F-16C/D qırıcılarının beşinci nəsil TF-X (Turkish Fighter) qırıcıları ilə əvəz edilməsi planlaşdırılır. Bu təyyarənin inkişafı 2011-ci ildən milli aviasiya şirkəti olan TAI tərəfindən həyata keçirilir. Layihədə İsveçin “Saab AB”, Britaniyanın “BAE Systems” və İtaliyanın “Alenia Aeronautica” şirkətləri də iştirak edirlər. Radarın inkişafı Türkiyənin ASELSAN radio-elektron korporasiyasına həvalə edilib. Mühərriki ABŞ-ın “General Electric” şirkəti təmin etməli idi. Perspektiv TF-X qırıcısının inkişafı barədə ilk dəfə İstanbulda keçirilən IDEF-2013 Beynəlxalq Müdafiə Sərgisində rəsmi məlumat verilib. Tammiqyaslı bir model isə 2019-cu ilin iyulun 17-də Le Bourgedə keçirilən aviaşouda təqdim edildi.

TAI qırıcı modeli

Ox şəkilli qanadlara və iki quyruq kilinə malik cütmühərrikli qırıcı son nəsil xarici döyüş təyyarələrini xatırladır. Prototipin uzunluğu 21 m, qanad açılımı isə 14 m-ə çatır. Saatda 2300 km sürətə malik təyyarə 27 ton maksimum uçuş kütləsi ilə 17000 m yüksəkliyə qalxa biləcək. Onun sialhlnmasına aid sursatlar daxili və xarici asqılarda yerləşdiriləcək.

2013-cü ildə prototipin uçuş sınaqlarının 2023-cü ildə başlayacağı bildirilirdi, sonradan isə bu müddət 2025-ci ilə qədər təxirə salındı. Ankara 250 yeni təyyarənin alınmasının mümkün olduğunu açıqlayıb. Hərbi aviasiya sahəsində ixtisaslaşan bir sıra xarici nəşrlərin hərbi aviasiya mütəxəssisləri, TAİ-nin bu tarix çərçivəsində öhdəliklərini yerinə biləcəyinə şübhə ilə yanaşırlar.

TAI ilk dəfədir ki, müstəqil olaraq müasir döyüş təyyarələri yaradılması ilə məşğul olur. Ankara ilə Vaşinqtonun hazırda münasibətləri ən yaxşı səviyyədə deyil. ABŞ kritik texnologiyaların Türkiyəyə ötürülməsinə və Avropa şirkətləri ilə əməkdaşlığa maneə törədə bilər. Hazırda xarici elmi, texniki və texnoloji yardım olmadan, ABŞ, Yaponiya və bəlkə də Çin xaric, hansısa ölkə müstəqil olaraq 5-ci nəsil qırıcını tam yaratmaq şansına malik deyil.

Türkiyə ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsi və F-35A tədarük cədvəlinin dondurulması fonunda Rusiya “Su-35SK” ağır qırıcılarını Ankaraya satmağa çalışır. Bu məqsədlə 17-22 sentyabr 2019-cu il tarixlərində İstanbulun Atatürk hava limanında təşkil edilən “Teknofest” texnologiya festivalı zamanı Rusiya “Su-35S” qırıcısı Türkiyənin yüksək hərbi-siyasi rəhbərliyinə təqdim edildi. Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin MAKS-2019-da verdiyi məlumata görə, Rusiya və Türkiyə tərəfləri Rusiyanın “Su-35” və “Su-57” qırıcılarının təchizatı imkanlarını müzakirə edirlər.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələri əvəzinə Rusiyadan “Su-35” və “Su-57” qırıcılarının alınmasını istisna etmədiyini söylədi. 2019-cu ilin dekabrın 11-də isə Türkiyənin “Daily Sabah” qəzetində Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun bəyanatı yayımlandı: “ABŞ F-35-ləri satmaqdan imtina edərsə, Rusiya onların alternativini təmin edə bilər”. Bu bəyanatdan cəmi 13-gün sonra Rusiyanın Xabarovsk əyalətində “Su-57” qırıcısı sınaqlar zamanı qəzaya uğradı və bundan sonra Türkiyə və Rusiya rəhbərlikləri tərəfindən aviasiya vasitələrinin alqı-satqısına dair yeni bəyanatlara rast gəlinmir. Son günlərdə isə İdlib və Liviya məsələlərinə görə hər iki ölkə arasında ciddi gərginlik müşahidə edilir.

Türkiyə rəhbərliyinin səsləndirdiyi bəyanatlarla Ağ Evə hansı mesaj göndərdiyi məlumdur. Ankara ilə Vaşinqton arasında hansı ziddiyyət və narazılıqlar olmasına baxmayaraq, xatırlamaq lazımdır ki, NATO üzvü olan Türkiyə ABŞ və Avropa İttifaqının hərbi, siyası və iqtisadi müttəfiqidir. Onlar bir birindən az və ya çox dərəcədə asılıdırlar. F-35A tədarükünün dondurulması hekayəsinin emosional və siyasi komponentlərini nəzərə almasaq, Ankaranın Rusiyadan “Su-35SK” və ya “Su-57” qırıcılarını satın alması əvvəldən real görünmürdü.

Heç bir şübhə yoxdur ki, Rusiya çox arzu edərdi ki, Şimali Atlantika Alyansına üzv ölkələrə daha çox miqdarda hərbi texnika və silah tədarük edərək onlarla qarşılıqlı əlaqələrə malik olsun. Türkiyənin hərbi büdcəsi artıq 20 milyard dollara yaxınlaşıb, bu isə ölkən ÜDM-nin 2,5%-ni təşkil edir. Üstəlik, son on il ərzində hərbi xərclərin artımı 65% təşkil edib. Belə bir büdcədən yararlanmaq Rusiyanın planlarına daxil olmaya bilməzdi. Lakin bu işin bəzi görünməyən tərəfləri də mövcuddur.

F-35A qırıcıları aşağı radar görünmə texnologiyası və qabaqcıl nişangah-naviqasiya avadanlığına malik, yüngül təkmühərrikli və çoxməqsədli platforma olaraq hazırlanıb. F-35A-nın yaradılmasında əsas diqqət onun hava zərbələri imkanlarına yönəldilib. Bu vasitə imkanlarına görə, heç bir halda nəinki Rusiya, hətta Çinin qırıcıları ilə müqayisə edilə bilməz.

1952-ci ildən bəri yalnız ABŞ istehsalı və ya onun lisenziyası ilə istehsal edilən döyüş təyyarələrindən istifadə edən Türkiyə Hərbi Hava Qüvvələrinin idarəetmə sistemi də Qərb standartlarına uyğunlaşdırılıb. “Su-35S” qırıcısı isə MIDS sisteminin avadanlıqlarının analoqlarına malik deyil və çətin ki, onların bu sistemlə təchiz edilməsi mümkün olsun. MIDS sistemi NATO-nun müxtəlif tipli məlumat platformalarını “Link 16” standartına malik ümumi taktiki məlumat şəbəkəsi avadanlığı ilə birləşdirən taktiki rabitə sistemidir.

Başqa sözlə, əgər Türkiyə Rusiyadan döyüş təyyarələrini alsa belə, onları NATO-nun avtomatlaşdırılmış idarəetmə və məlumat mübadiləsi sisteminə uyğunlaşdırmaq mümkün olmayacaq, bu isə döyüş təyyarəsinin imkanlarını minimuma endirəcək.

Digər tərəfdən isə “Su-35S” qırıcılarının istismar xərcləri, Türkiyənin pilot və texniki heyəti tərəfindən yaxşı mənimsənilən F-16C/D təkmühərrikli qırıcı təyyarələrindən xeyli bahadır.

“Su-35S” qırıcıları haqqında açıq mənbələrdə yayılan məlumatlara görə, bu vasitəyə 4000 saat resursa malik 2 ədəd AL-41F1S cütkonturlu turboreaktiv mühərrik quraşdırılıb. Türkiyənin F-16C “Block 50+” qırıcısında quraşdırılan “Pratt & Whitney” F100-PW-229 EEP mühərrikinin resursu isə 6000 saatdır. Yeganə həlledici arqument, rus təyyarələrinin Ermənistana verildiyi kimi, Türkiyəyə də kreditlə verilməsindən ibarət ola bilərdi. İxrac qiyməti 30 milyon dollardan bir az baha olan “Su-35SK”nın kreditlə əldə edilməsi, onsuz da gərgin olan Türkiyə-ABŞ münasibətlərinin ən azı qısamüddətli perspektivdə daha da pisləşməsinə səbəb ola bilərdi. Lakin sonradan bu qırıcıların ABŞ mühəndislərinin araşdırma obyekti olmayacağına da heç kim zəmanət verə bilməz. Həmçinin qeyd etmək vacibdir: “MiQ-29” və “Su-27” qırıcılarının demək olar ki, dəyişməyən uçuş xüsusiyyətlərini, radarlarını və silahlarının parametrlərini öyrənən ABŞ və NATO mütəxəssisləri mövcud Rusiya aviasiya vasitələrinə əvvəlki kimi ciddi maraq göstərmir.

Hadisələrin istənilən inkişafında Türkiyənin yaxın perspektivdə NATO-nu tərk edəcəyini, ABŞ-la münasibətlərini tamamilə dondurub, Rusiyanın təsir zonasına keçəcəyini də gözləməyə dəyməz.

(Ardı var...)
Yazı Sergey Linnikin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   HHQ  

Türkiyə Hərbi Hava Qüvvələri üçün F-35 alternativləri - ARAŞDIRMA (EKSPERT)

2020/03/1-1583839739.jpg
Oxunub: 3194     12:06     13 Mart 2020    