Rusiyanın Ermənistanda xüsusi əməliyyatı?| Şişkinin zəhərlənməsinin sirri

2020/02/Untit-1581934727.jpg
Oxunub: 663     12:32     18 Fevral 2020    
Ötən gün Ermənistanın “Jamanak” nəşri mediada və siyasi dairələrdə çox da diqqət almayan bir qalmaqallı xəbər yaydı.

Nəşr yazır ki, Ermənistan Miqrasiya Xidməti tərəfindən qaçqın kimi tanınan və Ermənistanda sığınacaq alan rusiyalı ictimai-siyasi xadim Vitali Şişkin tezliklə mətbuat konfransı keçirmək və sensasiyalı açıqlama vermək niyyətindədir. Xüsusilə, Şişkin keçən ilin sentyabr ayının sonlarında Rusiya xüsusi xidmət orqanlarının onu müəyyən bir hepatit növü ilə zəhərlədiyini elan etmək niyyətində olub. Hazırda Şişkin qan analizlərinin yekun cavabını gözləyir.

“Jamanak” nəşri artıq bu gün yeni bir məlumat yayaraq, Şişkininin Ermənistanda olmayan, hepatitin son dərəcə təhlükəli bir növü olan hepatit E ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən yoluxdurmasından şübhələndiyini və təbii olaraq Şişkinin heç bir müdaxilə olmadan buna yoluxmağın mümkün olmadığını bildirib. Bundan əvvəl Şişkində sağlamlıq üçün çox təhlükəli olmayan Hepatit A daşıyıcısı olub.

Ermənistanda bir çoxları Şişkinin “mürtət” bir şəxs olduğuna inanır və sonradan sübut edilməyən və ya təkzib edilməyən qalmaqallı açıqlamalar verməyi sevdiyinə əminlik ifadə edirlər.

1 noyabr 2006-cı ildə Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, İngiltərədə siyasi sığınacaq almış Alexander Litvinenkonun vəziyyəti ağırlaşır.

Xəstəxanaya yerləşdirildikdən və qoyulan diaqnozdan sonra Litvinenkonun polonium-210 radioaktiv maddəsi ilə zəhərləndirildiyi məlum olur.

Nəhayət, 23 noyabrda Litvinenko kəskin şüalanma ilə polonium-210 zəhərlənməsinin ilk qurbanı olur. Litvinenkonun zəhərlənməsi və ölümü ilə bağlı bir sıra fərziyyələr irəli sürüldü. İngilis araşdırmasına görə, Litvinenkonun öldürülməsində əsas şübhəli Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Andrey Luqovoy idi. İstintaq məqsədi ilə İngiltərə hökuməti Rusiyadan Luqovonun təhvil verilməsini tələb edir. Ekstradisiyanı rədd etdikdən sonra ölkələr arasındakı münasibətlər dondurulur.

Böyük Britaniya lehinə Rusiya Federasiyasında casusluqda ittiham olunan və daha sonra İngiltərədə məskunlaşan keçmiş rus casusu Sergey Skripal və qızı martın 4-də evinin qapı qulpuna sürülən maddə ilə zəhərlənib. Rəsmi London hücumun arxasında Moskvanın dayandığını israr edir. Rusiya ittihamı qəti şəkildə rədd edib.

Britaniya tərəfi daha sonra Skripalların zəhərlənməsində əsas şübhəlilərin, yəni Aleksandr Petrov və Ruslan Boşirovun adlı şəxslərin Baş Kəşfiyyat İdarəsinin gizli agentləri olduğunu açıqlayır.

“Gördüyümüz kimi, Moskvanın “əlləri” olduqca uzundur və Putin hökumətinə qarşı yaxşı münasibətdə olmayan hətta insanların məskunlaşdığı Avropa ölkələrinə də əli çatır. İstənilən halda Şişkini indiki Rusiya rejiminin digər qurbanları ilə bərabər titmaq istəmirik, ancaq ölkəmizin hüquq mühafizə orqanları və xüsusən də MTX-nin təmizlənmədiyi, öz konstutusiya öhdəliklərini, funksional səlahiyyətlərini nə dərəcədə səmərəli şəkildə həyata keçirdikləri və yumşaq desək, şübhəli olduğu üçün Moskvanın Ermənistanda qondarma xüsusi əməliyyatlar həyata keçirməsini tamamilə mümkün hesab edirik.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Moskva ilə MTX bağlarının kəsilmədiyinə açıq şəkildə inanan insanlar çoxluq təşkil edir.

Hər halda, konkret bir hadisə ilə üzləşmişik və Şişkinin ifadələri ya təkzib olunmalı və ya təsdiqlənməlidir. Yalan danışırsa, bilərəkdən Ermənistan-Rusiya münasibətlərini pisləşdirmək istəyir və bunu uzadaraq, bununla da özünü ölkəmizdə arzuolunmaz şəxs halına gətirir. Rus ictimai xadiminin açıqlamaları təsdiqlənərsə, Rusiyanın strateji müttəfiqi Ermənistan ərazisində düşmənçilik hərəkətləri etdiyi ortaya çıxır, bu gün hədəf Şişkindir, sabah Ermənistanın qondarma Rusiya standartına cavab verməyən istənilən siyasi xadimi ola bilər. Hər halda, vəziyyət narahatlıq doğurur ki, bu da Ermənistan hakimiyyətindən bəzi təxirəsalınmaz tədbirlər görülməsini tələb edir”, - deyə erməni eskpert Sarkis Artsruni bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şişkin   Ermənistan   Rusiya  

Rusiyanın Ermənistanda xüsusi əməliyyatı?| Şişkinin zəhərlənməsinin sirri

2020/02/Untit-1581934727.jpg
Oxunub: 664     12:32     18 Fevral 2020    