Ermənistan ordusunun hazırkı quruluşu yarımkriminal baxışlara əsaslanan Rus-Sovet ordusunun bir modelidir

2020/02/d3370-1581934568.jpg
Oxunub: 493     15:15     18 Fevral 2020    
Qeyd edildiyi kimi ötən gün işğal altında olan Qarabağın şərqində yerləşən hərbi hissələrdən birinin döyüş postunda, ixtisasca proqramçı olan, qızıl medalla məktəbi bitirən və əla qiymətlərlə universitet məzunu olan 23 yaşlı müqaviləli erməni hərbi qulluçu Hayk Asryan hələlik bəlli olmayan şəraitdə odlu silah yarası alaraq ölüb.

“İlk növbədə sual yaranır, xüsusilə də indiki müasir vaxtda texnoloji-hibrid müqaviməti şəraitində onun peşəsi orduya lazım deyildimi? Bu məsələ, həm də son zamanlar hərbi hissələrdən birində döyüş növbətçiliyinə cəlb edilməyən “hərbi hissəyə nəzarət edənlər” tərəfindən və imtiyazlı hərbi qulluqçuların iştirakı ilə baş verən hadisənin ortaya çıxması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Ermənistanın “Lragir” nəşri yazıb.

Müəllif qeyd edib ki, Haykın öldürülməsi ilə baş verən son hadisə cari il ərzində Ermənstan ordusunda baş verən 13-cü qeyri-döyüş itkisidir.

İctimaiyyət bu məsələni müzakirə etdiyi bir vaxtda, mütəxəssislər bu yaranmış vəziyyətdən çıxış yolları təklif edir.

Bəzi fikirlərə görə, Ermənistan ordusuna qarşı bu cür dağıdıcı və hibrid xəyanətkarlıq təsadüf ola bilməz. Hətta şəxsi problemlərinin həlli məqsədilə meyit dövriyyəsinin həyata keçirilməsini bir fürsət tapan dairələrin olduğu da qeyd edilir.

“Orduda baş verən bu hadisələr yalnız cinayət təzahürü deyil, eyni zamanda kompleks yanaşma tələb edən kompleks problemlər xəttidir. Məktəbdən və universitetdən, hərbi təhsildən, müvafiq zabit kadrları hazırlığından tutmuş, nizamnamə münasibətlərinin möhkəm qurulmasına qədər davam etməlidir. Öz növbəsində, bir tərəfdən müharibə vəziyyəti nəzərə alınmaqla, digər tərəfdən, mövcud insan resursundan, maddi ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi vacib olan Ermənistan ordusunun modelində dərin peşəkar müzakirələrə ehtiyac duyulur.

Ermənistan ordusunun hazırkı quruluşu əsasən “ət dəyirmanı”, yaxud qapalı kazarma sistemi və yarımkriminal baxışlara əsaslanan Rus-Sovet ordusunun bir modelidir. Belə bir modeldə əsrlik “miqdarda götürmə” ənənəsini qəbul etdiyi üçün hərbi hazırlıq məsələsi ikinci plana çəkilirdi və fərdlərarası, zabit-əsgər münasibətləri yazılmamış qanunlar üzərində qurulurdu. Ermənistan Ordusu üçün son faciəli dövr həm ordunun mənəvi, həm də psixoloji durumuna və ümumilikdə ictimai münasibətlərə digər təhlükələr yaradır. Sui-qəsd yanaşmalarını bir kənara qoyaraq, qeyd etmək lazımdır ki, bunun nəticələri xəyanət, sui-qəsd və təxribat hallarında baş verənlər kimi ola bilər”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sovet-ordusu  

Ermənistan ordusunun hazırkı quruluşu yarımkriminal baxışlara əsaslanan Rus-Sovet ordusunun bir modelidir

2020/02/d3370-1581934568.jpg
Oxunub: 494     15:15     18 Fevral 2020    