Erməni ekspert: “13-cü qurbandan sonra istefa olmalıdır, lakin orduda yox”

2020/02/ekspe-1581933813.jpg
Oxunub: 656     15:40     18 Fevral 2020    
“Bu il orduda artıq 13-cü qurban, 13-cü sirli qurban. Bu, orduya qarşı sui-qəsddir, bu, dövlətə qarşı yönəlmiş konkret əməliyyatdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr qrupunun üzvü, ekspert Qeğam Nazaryan qeyd edib.

O qeyd edib ki, əgər son zamanlar Ermənistan Müdafiə naziri Davit Tonoyana, hərbi elitaya qarşı kimlərin danışdığına, onların istefasını kimlərin tələb etdiyinə diqqət etsək, əslində nə baş verdiyi bəlli olacaq.

“Məgər problem hərbi elitadadır? Bir neçə gün bundan öncə “Dördüncü hakimiyyət”də nəşr olunan bu “Qarabağda əsgərlər niyə ölürlər və niyə bütün əsgərlər ermənistanlıdır?” başlıqlı material isə sadəcə yuxarıda qeyd olunanları sübut edir. Orduya qarşı sui-qəsd, dövlətə qarşı sui-qəsd, eyni zamanda qarabağlılara qarşı düşmənçilik, nifrət toxumu əkmək üçün aktiv iş.

Normal dövlətə, normal adekvat siyasi hakimiyyətə sahib olsaydıq, bu nəşrin müəllifi, müştərisi artıq lazımi yerdə olardı. Milli Təhlükəsizlik Xidməti min dollara görə İrəvan Dövlət Universitetinin müəllimini tutmaq əvəzinə bununla məşğul olmalıdır.

13-cü qurbandan sonra istefa olmalıdır, lakin orduda yox. Oxlar yanlışdır. Ölkənin atmosferi anormalıdır”, - deyə Nazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm-halları  

Erməni ekspert: “13-cü qurbandan sonra istefa olmalıdır, lakin orduda yox”

2020/02/ekspe-1581933813.jpg
Oxunub: 657     15:40     18 Fevral 2020    