“Lragir”: Rusiyanın Ermənistandakı əsas düşməni

2020/02/pic_e-1581761722.jpg
Oxunub: 806     10:33     18 Fevral 2020    
Ötən həftə “Raşa Today”in Baş redaktoru Marqarita Simonyan bir daha Ermənistanın ünvanına alçaldıcı xarakterli ifadələr işlədib.

“Çindən bizimkilərin çıxarılması məsələsində məni ən çox narahat edən, onlardan 16 nəfərin Ermənistan, Belarus və Qazaxıstan vətəndaşı olmasıdır. Bu insanlar öz səfirliklərinə gediblər, onlara isə belə deyiblər ki, nəyə gülürsünüz, sizi necə təxliyyə edəcəyik? Rusların yanına gedin, onlar hamını xilas edəcəklər. Şərəfli müstəqilliyin otuzuncu ili davam edir”, - deyə Simonyan qeyd edib.

Lragir.am saytının şərhçisi Naira Hayrumyaın sözlərinə görə, Simonyan 30 ildir ki, Ermənistanın müstəqillik qurduğu və Moskvanı metropol, Rusiya ermənilərini isə satrap kimi qəbul etmədiyi ilə barışa bilmir.

“Sergey Kurqinyan vaxtilə Ermənistanın müstəqilliyə ehtiyacı olmadığını söyləyirdi. İndi isə Kremlin əsas təbliğatçısı “şərəfli müstəqilliyi” lağa qoyur. Ancaq Sergey Kurqinyan başa düşür ki, özünün də oturduğun budaq kəsilə bilməz və sonrakı çıxışlarının birində dövlətçilik ənənələri olan yeganə postsovet ölkəsinin Ermənistan olduğunu etiraf edib. Rusiya 100 ildir erməniləri qorxudurdu ki, Rusiya olmasa, türklər gələcək. Lakin məlum oldu ki, ruslar Ermənistanı Rusiya-Türkiyə müqaviləsinə əsasən suverenlikdən mərhum edərək, türklərlə bölüşdürdülər. Ermənistanda bu barədə açıq danışmağa başlayanda, Putinin Ermənistana səfər edərkən niyə ilk olaraq Gümrü bazasına gəldiyi dərhal aydın oldu. Bununla da Putin, Rusiya-Türkiyə müqaviləsinə sadiqliyini göstərdi”, - deyə şərhçi qeyd edib.

O bildirib ki, daha sonra Moskva Ermənistanı Qərblə qorxutmağa başladı.

“Sanki bizim koloniyamız olmasanız, Qərbin peykinə çevriləcəksiniz. Lakin Ermənistan Aİ ilə razılaşma imzaladıqda və Qərbin Ermənistanın suverenliyinə qarşı heç bir pis niyyətinin olmadığı ortaya çıxanda, Rusiyada əsas düşmənin adını çəkmək qərarına gəldilər. Rusiyanın Ermənistandakı əsas düşməni suverenlikdir. Rusiya Ermənistanın suverenliyini tükdən asılı hala gətirmək üçün çox iş görüb. Azərbaycana milyardlarla dollarlıq silah-sursatın verilməsini Moskva “tarazlığın qorunması” ilə izah edir. Yəni Rusiya Ermənistanın son qələbəni qazana bilməsinə nail olmaq qədər güclü olmasını istəmir. Erməni soyadı olan bir çox rusiyalı hələ də ümid edir ki, 30 il elə bir vaxt deyil və hər şey öz axarına qayıdacaq. Onların fəaliyyətləri də Ermənistanın suverenliyini alçaltmaq və zərərsizləşdirmək məqsədi daşıyır”, - deyə Hayrumyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Forpost  

“Lragir”: Rusiyanın Ermənistandakı əsas düşməni

2020/02/pic_e-1581761722.jpg
Oxunub: 807     10:33     18 Fevral 2020    