“Politik.am”: Kasprşik Dağlıq Qarabağın azərbaycanlı icmasını və onun liderini qanuniləşdirir

2020/02/23ad5-1581760602.jpg
Oxunub: 637     14:56     15 Fevral 2020    
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi Samir Əhədoğlu Məmədov öz “Twitter” səhifəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anje Kasprşiklə qurumun rəhbəri Tural Gəncəliyev arasında görüş keçirdiyini bildirib.

Görüşdə Kasprşik Gəncəliyevi Azərbaycan parlamentinə deputat seçilməsi və Qarabağın Azərbaycanlı İcmasının seçilmiş nümayəndəsi olmaq münasibətilə təbrik edib. Erməni mediasında bu paylaşım kifayət qədər reaksiyaya səbəb olub.

“Biz, naməlum “Twitter” istifadəçiləri tərəfindən fərdi yazılmış və sonradan silinən yazılara cavab vermirik. Sualınızın ikinci hissəsinə gəlincə, mandatına görə, cənab Kasprşik münaqişənin hər üç tərəfini də ziyarət edir. Xahiş edirəm, cənab Kasprşikin görüşlər cədvəli ilə bağlı onun ofisi ilə əlaqə saxlayın”, - deyə Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı erməni KİV-lərinin sorğusuna verdiyi cavabında bildirib.

Ermənistanın “Politik.am” nəşri yazıb ki, yumşaq desək Ermənistan XİN-in verdiyi cavab qüsurludur.

“Birincisi, yazı “Twitter” səhifəsindən silinməyib.

İkincisi, paylaşımı yerləşdirən şəxs bir o qədər də yad adam yox, Qarabağın Azərbaycanlı İcmasının rəhbərlərindən biridir.

Üçüncüsü, Kasprşik nə zaman Qarabağın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb?

Dördüncüsü, Ermənistan Xarici İşlər Nazirliyi bu görüşün əslində Qarabağın azərbaycanlı icmasının və onun rəhbərinin Qarabağ azərbaycanlılarının seçilmiş nümayəndəsi kimi legitimləşdirilməsi demək olduğunu nəzərə alaraq, mübahisəli görüşlə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsindən izahat tələb edibmi?

Ümumiyyətlə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi cəbhəsində nələr baş verdiyini və bu görüş niyə məhz Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı fonunda baş verir?”, - deyə nəşrdə dərc olunan yazıda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İcma-sədri   ATƏT  

“Politik.am”: Kasprşik Dağlıq Qarabağın azərbaycanlı icmasını və onun liderini qanuniləşdirir

2020/02/23ad5-1581760602.jpg
Oxunub: 640     14:56     15 Fevral 2020    