Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

2020/02/15817-7908760770.jpg
Oxunub: 1032     11:25     15 Fevral 2020    
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının yüksəldilməsi, təqaüdlərinin artırılması daim diqqət mərkəzində saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı deyib: "Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək".

Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu kateqoriyadan olan insanlar üçün indiyədək rayonda iki ədəd 16, bir ədəd 24 və bir ədəd 54 mənzilli yaşayış binaları, həmçinin 46 fərdi ev istifadəyə verilib. Təkcə 2019-cu ildə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 fərdi ev inşa edilib. Cari ildə Tərtər rayonunda bu kateqoriyadan olan ailələrə 30 fərdi evin tikilməsi nəzərdə tutulur.

Müharibə əlilləri və şəhid ailələrinin üzvləri onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Asif Bayramovun həyat yoldaşı Təzəgül Bayramova şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirərək deyib: "Ermənilərin respublikamıza qarşı hərbi təcavüzü başlayanda həyat yoldaşım Asif Bayramov da könüllü olaraq Vətənimizin müdafiəsinə qalxdı. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. 1992-ci ilin mayında şəhid oldu. Şəhid ailələrinə dövlətimiz tərəfindən daim yüksək qayğı göstərilir. Bizim ailəmiz üçün də üçotaqlı mənzil inşa edilib. Göstərilən yüksək qayğıya görə Prezidentimizə minnətdaram".

Tərtər rayonunun Ələsgərli kənd sakini, Qarabağ müharibəsi əlili Xəyyam Nəbiyev isə deyib: "1992-ci ildə könüllü olaraq Vətənimizin müdafiəsinə yollandım. Bir çox döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Ağdərə istiqamətində növbəti döyüşlərin birində ağır yaralanaraq ordudan tərxis olunmuşam. Ötən illər ərzində 4 nəfərlik ailəmiz atamgildə yaşayır və nə vaxtsa mənzil sahibi olacağımız günü səbirsizliklə gözləyirdik. Nəhayət, bu arzumuz gerçəkləşdi. Dövlətimiz tərəfində bizim ailəmiz üçün də belə bir yaraşıqlı mənzil inşa edildi. Bunun üçün Prezident İlham Əliyevə ailəmiz adından dərin təşəkkür edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazi   Şəhid   Əlil   Dövlət-Qayğısı  

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

2020/02/15817-7908760770.jpg
Oxunub: 1033     11:25     15 Fevral 2020    