Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurduqlarını iddia edirlər

2020/02/5a526-1581744135.jpg
Oxunub: 736     11:46     15 Fevral 2020    
Yəməndə "Husi" qiyamçıları fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə ərəb koalisiyasının "Tornado" qırıcı təyyarəsini vurduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə qiyamçıların rəsmi nümayəndəsi "Əl-Masira" telekanalına məlumat verib.

Nümayəndə husilərin əleyhdarlarına hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu xəbərlərə münasibət bildirməyib.

Husilər dəfələrlə Səudiyyə Ərəbistanının sərhəd bölgələrində kəşfiyyat dronlarının vurulması haqqında xəbər yayıblar, lakin koalisiya davam edən müharibənin 5 ili ərzində itkilərinin olmadığını bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yəmən   Təyyarə  

Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurduqlarını iddia edirlər

2020/02/5a526-1581744135.jpg
Oxunub: 739     11:46     15 Fevral 2020    