"Süleymaninin ölümündən sonra ABŞ və İran müharibəyə çox yaxın idi" - Zərif

2020/02/BB100-1581743494.jpg
Oxunub: 982     09:08     15 Fevral 2020    
“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri Qasım Süleymaninin amerikalılar tərəfindən “qorxaqcasına” qətlə yetirilməsindən sonra ABŞ və İran müharibənin başlanğıcına çox yaxınlaşdı”.

Ordu.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “NBC”yə verdiyi müsahibəsində bildirilib.

“Biz müharibəyə çox yaxın idik, çünki ABŞ İrana qarşı zorakılıq aktına təşəbbüs etdi və bunu, üzr istəyirəm, qorxaqcasına etdi. Onlar Süleymaniyə döyüş meydanında tab gətirə bilmədilər. Buna görə də onlar sülh missiyasını yerinə yetirmək üçün hazırlanmış avtomobildən buraxılan pilotsuz uçuş aparatı vasitəsilə gecənin qaranlığında atəş açdılar”, - deyə Zərif bildirib.

İranın Xarici İşlər naziri Süleymaninin öldürülməsinə Tehranın ABŞ-a məxsus hərbi bazaya zərbələr endirməklə çox sərrast reaksiya verdiyini vurğulayıb.

“ABŞ-a İranın təqib edilə bilməyəcəyini və İrana qarşı edilən hərəkətlərin nəticələrinin olacağını anlatmaq istədik. İnanıram ki, ABŞ rəhbərliyi İran haqqında yanlış anlayışların və yanlış məlumatların nəticələrindən əziyyət çəkir”, - deyə Zərif qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   ABŞ  

"Süleymaninin ölümündən sonra ABŞ və İran müharibəyə çox yaxın idi" - Zərif

2020/02/BB100-1581743494.jpg
Oxunub: 983     09:08     15 Fevral 2020    