Aprel şəhidi Nurlan Abdullazadənin doğum günüdür

2020/02/zerda-1581681297.jpg
Oxunub: 1075     16:10     14 Fevral 2020    
Bu gün Aprel döyüşlərində şəhid olan gizir Nurlan Abdullazadənin doğum günüdür.

Ordu.az-ın məlumatına görə, Nurlan Abdullazadə 14 fevral 1994-cü ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində dünyaya gəlib.

Orta təhsilini başa vurduqdan sonra 2012-ci ildə Naxçıvanda Muxtar Respublikasında hərbi xidmət keçib. Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Ailənin yeganə oğul övladı olan Nurlan Abdullazadə gizir kimi xidmət etdiyi cəbhə xəttinin Tərtər istiqamətində aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid gizir aprelin 5-i doğulduğu Zərdab rayonunda torpağa tapşırılıb.

Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Şəhid  

Aprel şəhidi Nurlan Abdullazadənin doğum günüdür

2020/02/zerda-1581681297.jpg
Oxunub: 1076     16:10     14 Fevral 2020    