Ağcabədidə pambıq sahəsindən top mərmisi tapılıb

2020/02/45645-1581680882.jpg
Oxunub: 554     15:34     14 Fevral 2020    
Ağcabədidə pambıq sahəsindən tapılan top mərmisi zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, fevralın 13-ü saat 15:48-də, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində pambıq sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub.

Havanın qaranlıq və mərminin partladıcısının üzərində olmasına görə aşkar olunan top mərmisi 2020-ci il 14 fevral tarixində yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ağcabədi   ANAMA  

Ağcabədidə pambıq sahəsindən top mərmisi tapılıb

2020/02/45645-1581680882.jpg
Oxunub: 555     15:34     14 Fevral 2020    