Erməni hərbi təşkilat sədri Laçında azərbaycanlılarla ermənilərin birgə yaşayış məntəqəsinin tikilməsi ilə bağlı xəbəri təkzib edib

2020/02/yekra-1581675159.jpg
Oxunub: 769     15:32     14 Fevral 2020    
“Tezliklə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası parlament dinləmələri təşkil edəcək və məsələyə həll veriləcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Mənim Addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan 2020-ci ildə Ermənistan ordusunda 10 ölü və 5 yaralı məsələsinə toxunarkən bildirib.

O qeyd edib ki, komissiyada dinləmələr ediləcək və təkliflər veriləcək.

“Hərbi hissələrdə çox böyük həcmdə iş aparılmalıdır. Mən “Yerkrapah” sədri kimi komissiyanın tərkibindəyəm”, - deyə Mikayelyan bildirib.

Cenevrədə Laçının cənubunda azərbaycanlılarla ermənilərin birgə yaşayış məntəqəsinin tikilməsi məsələsinin müzakirə olunması ilə bağlı qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyanın bəyanatına gəlincə, Mikayelyan belə bir şeyin olmadığını qeyd edib.

“İftiradır, belə bir şey ola bilməz. Bu hakimiyyət həmişə xalq qarşısında açıq olub, xalqın arxasında xalqdan gizli belə bir şeyi müzakirə edə və xalqı məlumatlı saxlamaya bilməz”, - deyə Mikayelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yekrepah   Ermənistan-ordusu  

Erməni hərbi təşkilat sədri Laçında azərbaycanlılarla ermənilərin birgə yaşayış məntəqəsinin tikilməsi ilə bağlı xəbəri təkzib edib

2020/02/yekra-1581675159.jpg
Oxunub: 770     15:32     14 Fevral 2020    