Qarabağda ölən erməni əsgər hadisədən əvvəl anası ilə nə danışıb?

2020/02/sdsd-1581674164.jpg
Oxunub: 1252     17:45     14 Fevral 2020    
Fevralın 12-də, saat 13:00 radələrində işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində, hələlik naməlum şəraitdə ölümcül güllə yarası almış erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Tiqran Mxoyanın həmkəndliləri onun intihar xəbərinə inanmırlar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun bibisi Armenuhi Mxoyan Tiqranın hər hansı problemdən dolayı xidmət müddətində valideynlərinə zəng etmədiyini bildirib.

O qeyd edib ki, hər zaman xidmətin yaxşı keçdiyini, xidmət yoldaşlarının yaxşı olduğunu, onlarla hər hansı problemlərinin olmadığını deyib.

Armenuhi Mxoyanın sözlərinə görə, hadisənin baş verdiyi gün səhər Tiqran anası ilə danışıb və bir daha hər şeyin normal olduğunu deyib.

Tiqranın atası da bildirib ki, həmin gün Tiqran “Facebook”da tez-tez xətdə olub. Atasının sözlərinə görə, oğlu ilə “Facebook” vasitəsilə ünsiyyət qurmağa çalışsa da, alınmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-əsgər   Ölüm-işi  

Qarabağda ölən erməni əsgər hadisədən əvvəl anası ilə nə danışıb?

2020/02/sdsd-1581674164.jpg
Oxunub: 1255     17:45     14 Fevral 2020    