Qətlə yetirilən erməni kursantın işi ilə bağlı təqsirləndirilən şəxs azadlığa çıxmaq üçün vəsatət verib

2020/02/11-69-1581670119.jpg
Oxunub: 1226     17:08     14 Fevral 2020    
2015-ci ilin 28 yanvar tarixindən 29 yanvar tarixinə keçən gecə Ermənsitanda Vazgen Sarkisyan adına hərbi institutun qətlə yetirilən kursantı Haykaz Barseğyanın işi üzrə məhkəmə iclasında təqsirli şəxslərdən biri Vaşe Sahakyanın vəkili Armen Nadiryan Sahakyanın həbs qətimkan tədbirini 1 milyon girovla əvəz etməyə dair vəsatət verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ona digər təqsirləndirilən şəxs Movses Azaryanın vəkili Anjela Hobosyan da qoşularaq, onun da eyni cür vəsatəti olduğunu bildirib.

Qətlə yetirilən kursantın atası bildirib ki, onun üçün belə vəsatətləri eşitmək olduqca ağırdır.

“Bu cür qəddarlıqla törədilən qətlin qatillərini necə azad edə bilərlər. Qəsdən necə girib, 19 yaşlı uşağı qəddarcasına öldürüb və azadlıqda qala bilərlər. Cinayətkarları azadlıqda qoymaq olmaz. Nadiryan deyir ki, 5 ildir həbsdə oturublar, elə olduğu halda zəhmət çəkib cinayət törətməzdilər, həbsə də düşməzdilər”, - deyə qətlə yetirilən kursantın atası Arkadi Barseğyan qəzəbini ifadə edib.

Vəkillər cinayət işinin artıq 5 ildir ki, davam edən istintaqın nə vaxtadək davam edəcəyinin məlum olmaması səbəbindən vəsatətin verilməsinə əsas olaraq ifadə etməyə çalışıblar. Buna görə də təqsirləndirilən şəxslərin həbsinin dəyişdirilməsini məqsədəuyğun hesab etdiklərini ifadə ediblər.

Zərərçəkən tərəf üçün müdafiə tərəfin vəkillərinin vəsatət qaldırması və buna verilən izahatın anlaşılmaz olduğu qeyd edilir.

Zərərçəkənin vəkili Ani Torosyan məsələ qaldıraraq, müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsinə qərar veriblərsə, niyə keçən 5 il ərzində belə bir təşəbbüslə çıxış etmədikləri barədə maraqlanıb.

Müdafiə tərəfi isə bunu kifayət qədər uzun bir zamanın keçdiyi və işin istintaqının yekunlaşması müddətinin qeyri-mümkün olması ilə əsaslandırırlar. Məhkəmə iclaslarının hər dəfə təxirə düşməsi və xeyli vaxtdır məhkəmə iclaslarının baş tutması bəhanə edilib.

İttihamçı tərəf vəsatətin əleyhinə çıxmaq niyyətindədir. Qətlə yetirilən kursantın atası ümid edir ki, məhkəmə məhbusların azad edilməsinə dair vəsatəti təmin etməyəcək. Əks halda kursantın atası əməllərinə görə məsuliyyət daşımayacağını qeyd edib.

“Məhkəmə işi qısa vaxtda başa çatmalı və onlar da türmədə oturmalı idi. Hər kəs öz məqsədinə çatmaq üçün bizim acını dərk etmədən, hər növ pisliyini etməyə çalışır”, - deyə qətlə yetirilən erməni kursantın atası qeyd edib.

Növbəti məhkəmə iclasında hakim Davit Harutyunyan müdafiə tərəfinin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi üzrə vəsatəti müzakirə edəcək. Növbəti iclas 17 fevral tarixində baş tutacaq.

Xatırladaq ki, 2015-ci il 29 yanvar tarixində gecə saat 02:00-03:00 radələrində kursant Haykaz Barseğyan digər kursant yoldaşları tərəfindən qəddarcasına öldürülüb və cəsədi idman meydanındakı turnikdən asılmış vəziyyətdə tapılıb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürülüb. Rəsmi ittihama görə, onlar 29 yanvar 2015-ci il saat 02:00-03:00 radələrində Ermənistan müdafiə nazirliyinin Vazgen Sarkisyan adına hərbi institutun (24236 nömrəli hərbi hissə) 1-ci taborunun, 1-ci batareyasının 408 nömrəli yataq otağında xüsusi qəddarlıqla, yuxarıda adları qeyd olunan kursantlar tərəfindən xuliqanlıq motivləri əsasında kursant Haykaz Barseğyanı öldürüblər.

İş üzrə təqsirli bilinən 4 nəfərdən heç biri günahını etiraf etməyib. Müttəhimlərdən Norik Sahakyan isə ümumiyyətlə istintaqa ifadə verməkdən imtina edib. Təqsirkar hesab edilən şəxslər hərbi polisdə təzyiqlərə məruz qaldıqlarını və törətmədikləri cinayəti etiraf etməyə məcbur edildiklərini bildiriblər. Hazırda cinayət işi Xüsusi İstintaq Xidmətində araşdırılır. İş üzrə ittiham edilən və şübhəlilər hələ də yoxdur, ibtidai istintaq mərhələsi davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-kursant   Ölüm-işi  

Qətlə yetirilən erməni kursantın işi ilə bağlı təqsirləndirilən şəxs azadlığa çıxmaq üçün vəsatət verib

2020/02/11-69-1581670119.jpg
Oxunub: 1227     17:08     14 Fevral 2020    