“Məhkəmədə görüşərik” | Niyə Ermənistan müdafiə nazirinin müavini vəkili məhkəməyə verib?

2020/02/dfdf-1581670053.jpg
Oxunub: 507     20:44     14 Fevral 2020    
Ermənstan Müdafiə nazirinin müavini Makar Qambaryan vəkil Aleksandr Sirunyan məhkəməyə verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkilin məhkəməyə verilməsinə səbəb “Facebook”dakı yazısı olub.

Vəkilin sözlərinə görə məhkəməyə verildiyini mətbuat vasitəsilə öyrənib.

“Mən, mətbuatdan eşitdim ki, Makar Qambaryan məni məhkəməyə verib, məndən şərəf və ləyaqət tələb edir. Müdafiə nazirimizin cəmi iki müavini var, bunlardan biri orduda xidmət etməyən Qabriel Balayan və əvvəllər bankda işləyən Makar Qambaryandır buna görə bu komandanlıq heyəti ilə ordu problemlərin həll olunacağına şübhə edirəm. Açığı, dəqiq yadımda deyil, amma deyəsən keçən payızda Makar Qambaryanın qanun pozucusu olduğunu ifadə etdiyim “Facebook” paylaşımını xatırlayıram. Bəli, həqiqətən cinayətkar qanun pozucusu olduğunu gizlədə bilmərəm, çünki bir rus təşkilatı orduya tüfəng hədiyyə edildikdə və ordu adına qeyd etmək əvəzinə Makar Qambaryan adına qeydə alındıqda, onda Ermənistan Respublikasının vətəndaşı olaraq mənim fikrimi kimin bəyənib-bəyənməməsindən asılı olmayaraq, heç olmasa “Facebook” səhifəmdə şərh vermək hüququm var. Bu mənim problemim deyil, buna görə güman edirəm ki, məni məhkəməyə verməyə hazırlaşır, amma hansı faktla bağlı məhkəməyə verdiyini dəqiq bilmirəm”, - deyə Sirunyan qeyd edib.

Vəkil vurğulayıb ki, bu heç bir şəkildə onun söz azadlığı hüququnu məhdudlaşdıra və ya ictimai fəaliyyətinə mane ola bilməz.

“Mən belə şeyləri nə ilk dəfə görürəm, nə də axırıncı dəfə, amma bu heç bir şəkildə məni saxlaya bilməz. Bu baxımdan, sadəcə qeyd etmək istərdim ki, cəmiyyətimiz “Facebook”a çox diqqət yetirir, “Facebook” onları sadəcə mənimsəyib, amma buna çox əhəmiyyət verməməliyik, sadəcə bir sosial platformadır və buna fərdin şəxsi bloknotu demək olar. Fərdin şəxsi bloknotunu niyə oxuyursan ki, hələ bir inciyir və məhkəməyə də verir, məhkəməni əlavə yükləyirsən. Əlbətdə bu, onların işidir. Mən heç nədən incimirəm və məhkəmədə görüşəcəyimizi söyləyirəm”, - deyə Sirunyan qeyd edib.

Jurnalistin “Əgər “Facebook” səhifəsindəki yazı keçən il edilibsə, niyə Müdafiə nazirinin müavini yalnız bir il sonra sizə qarşı iddia qaldırmaq qərarına gəlib”, deyə verilən suala cavabında vəkil bildirib ki, keçən həftə sonunda bir nazir müavini tərəfindən orduya təhvil verilən tüfəngin mənimsənilməsi üzrə cinayət işi açılıb.

“Bu barədə biz, çox danışır və məsələ qaldırırdıq. Buna görə də düşünürəm ki, mənə qarşı tətbiq edilən davranış tərzi bununla əlaqədardır, amma təkrar edirəm ki, bu məsələ məni çəkindirmir, heş bir maneə törətmir və məni çəkindirməyəcək. Mən öz ictimai fəaliyyətimi davam etdirəcəm. Üstəlik, bütün bunlar MN rəhbərliyi davranışını bu tip təşviq edərsə, qeyd edim ki, mən iki gün əvvəl Baş prokuror Artur Davtyana Müdafiə naziri tərəfindən saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi barədə məlumat vermişəm”, - deyə vəkil qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MN  

“Məhkəmədə görüşərik” | Niyə Ermənistan müdafiə nazirinin müavini vəkili məhkəməyə verib?

2020/02/dfdf-1581670053.jpg
Oxunub: 508     20:44     14 Fevral 2020    