Paşinyan münaqişədə iki tərəfin olduğunu təsdiq edir: “Azərbaycanın Qarabağa hücumunu Ermənistan üzərinə hücum kimi qəbul edəcəyik”

2020/02/7897-1581666680.jpg
Oxunub: 5224     11:48     14 Fevral 2020    
“Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bir çoxları erməni qoşunlarının Dağlıq Qarabağdan uzaqlaşacağına ümid edib, lakin sonra Paşinyan “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını verib”.

Ordu.az xəbər verir ki, bunu “Fridrix Ebert” fondunda təşkil olunmuş müzakirə iştirakçılarından biri, Almaniyanın azərbaycanlı icmasının nümayəndəsi deyib.

İcmanın nümayəndəsi Ermənistanın Baş nazirinə “Son olaraq, bu böyük ümidlə bağlı nə etmək lazımdır?”, deyə sual ünvanlayıb.

“Mən artıq qətnaməni dedim, məsələni birtərəfli fəaliyyətlərlə həll etmək mümkün deyil. Hətta hər hansı Ermənistan hakimiyyətinin birtərəfli fəaliyyət həyata keçirəcəyini güman etsək belə, o, bununla problemi həll etməyəcək, əksinə dərinləşdirəcək”, - deyə Ermənistanın Baş naziri bildirib.

İşğal altında olan Qarabağda baş verə biləcək müharibəyə gəlincə Paşinyan bildirib ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistan üzərinə hücum kimi qəbul edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ   Təxribat   İşğal   Ermənistan  

Paşinyan münaqişədə iki tərəfin olduğunu təsdiq edir: “Azərbaycanın Qarabağa hücumunu Ermənistan üzərinə hücum kimi qəbul edəcəyik”

2020/02/7897-1581666680.jpg
Oxunub: 5225     11:48     14 Fevral 2020    