Ermənistan polis qoşunları Azərbaycanla sərhəddən geri çəkilir

2020/02/ca70d-1581665788.jpg
Oxunub: 1178     11:27     14 Fevral 2020    
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra 2018-ci ilin avqustunda hakimiyyətin, xüsusilə də Nikol Paşinyanın birbaşa təşəbbüsü ilə polisin daxili qoşunlarının sərhədə növbətçiliyə göndərilməsi qərarı qəbul olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin vaxt bu qərar böyük coşğu ilə qəbul olunub.

“Daxili Qoşunlar haqqında” qanunla “Ermənistanın müdafiəsində iştirak etmək” daxili qoşunların vəzifələrindən biri hesab edilsə də, öncəki hakimiyyət onları “qanuni şəkildə” müxalifət mitinqlərinə təzyiq göstərmək və daxili səngəri saxlamaq üçün istifadə edib.

Məlum olur ki, Ermənistan polisində gözlənilən islahatlardan sonra geriyə dönüş baş verəcək və OMON adlandırılan polislər artıq sərhədi qorumayacaq.

Fevralın 13-də bu xəbəri polis islahatları konsepsiyasının müəlliflərindən biri, “Mənim Addımım” fraksiyasının deputatı Armen Xaçatryan da təsdiq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis   Sərhəd  

Ermənistan polis qoşunları Azərbaycanla sərhəddən geri çəkilir

2020/02/ca70d-1581665788.jpg
Oxunub: 1179     11:27     14 Fevral 2020    