Pentaqon: ABŞ nüvə arsenalını genişləndirməyəcək

2020/02/12061-1581656971.jpg
Oxunub: 742     11:37     14 Fevral 2020    
"ABŞ nüvə arsenalını genişləndirmək niyyətində deyil, Rusiya və Çinlə silah yarışında iştirak etmək istəmir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı deyib.

Admiraldan Pentaqonun Moskva və Pekindən gücü artırmasına cavab olaraq ABŞ-ın nüvə qüvvələrini genişləndirməsi planları barədə sual olunub.

"Xeyr, biz paritet üçün səy göstərmirik", - deyə Riçard qeyd edib.

Onun sözlərinə görə, Moskva son 15 ildə "öz arsenalını genişləndirmək və modernləşdirmək üçün" əhəmiyyətli işlər görüb, Vaşinqton isə onsuz da mövcud olan sistemlərin ömrünü uzadıb

"Etiraf edim ki, “silah yarışına başlamağımız” fikri məni təəccübləndirir. Silah yarışı ideyasının haradan qaynaqlandığını başa düşmürəm", - deyə amerikalı admiral bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Nüvə  

Pentaqon: ABŞ nüvə arsenalını genişləndirməyəcək

2020/02/12061-1581656971.jpg
Oxunub: 743     11:37     14 Fevral 2020    