Ukrayna və Türkiyə ortaq hərbi təlimlər keçirə bilər

2020/02/630_3-1581594977.jpg
Oxunub: 1338     16:35     13 Fevral 2020    
Ukrayna Müdafiə naziri Andrey Zaqorodnyuk və Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə ikitərəfli müdafiə sahəsində əməkdaşlığın güclənməsi yüksək qiymətləndirilib.

Ukraynalı nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri zamanı Müdafiə Əməkdaşlıq Sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Müdafiə sahəsində əməkdaşlığın perspektivləri arasında tərəflər, həmçinin Qara dəniz bölgəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini, NATO Silahlı Qüvvələri ilə NATO Hava Vəziyyəti Məlumatları Mübadiləsi proqramında ortaq iştirak və ortaq təlimlərdə iştirak etməklə hava hücumundan müdafiə imkanlarının artırılmasının mümkünlüyünü vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Türkiyə   Təlim  

Ukrayna və Türkiyə ortaq hərbi təlimlər keçirə bilər

2020/02/630_3-1581594977.jpg
Oxunub: 1339     16:35     13 Fevral 2020    