NATO Müdafiə nazirləri Rusiyaya qarşı müdafiə, Əfqanıstanın gələcəyini müzakirə edəcək

2020/02/20180-1581594397.jpg
Oxunub: 958     16:12     13 Fevral 2020    
NATO Müdafiə nazirlərinin zirvə görüşünün ikinci günündə Əfqanıstandakı təlim və dəstək missiyası, Rusiyanın raket sistemləri müzakirə olunacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Alyansın Baş katibi Yens Stoltenberq müttəfiqlərin müzakirə mövzularından birinin “Rusiyada mövcud olan və ya inkişaf etdirilən bütün raket sistemlərinə - adi və nüvə sistemlərinə cavab” olacağını bildirib.

İclas ötən il Rusiya və ABŞ-ın quruda, qısa və orta mənzilli nüvə silahlarının yerləşdirilməsini qadağan edən Soyuq Müharibə dövründə imzalanan Orta mənzilli Nüvə Qüvvələri (İNF) Müqaviləsinin ləğvi fonunda baş tutacaq.

Qeyd edək ki, Vaşinqton Moskvanın müqavilənin məhdudiyyətlərini pozaraq yerüstü qanadlı raketlər hazırladığını və yerləşdirdiyini bildirirərək müqaviləni tərk edib.

Brüssel görüşünün gündəliyinə, həmçinin Əfqanıstandakı son inkişaflar daxildir.

Fevralın 12-də Stoltenberq NATO-nun Əfqanıstan daxilində danışıqlara yol açan ABŞ-ın sülh səylərini tam dəstəklədiyini təkrarlayıb.

Baş katib zorakılığın azaldılmasını və sülhə öz töhfəsini verməyə hazır olduqlarını bildirib.

O qeyd edib ki, qiyamçılar döyüş meydanında heç vaxt qalib gəlməyəcəklərini başa düşməlidirlər, danışıqlar masası ətrafında real güzəştə getməlidirlər.

Əfqanıstanda 12,500-ə yaxın ABŞ hərbi qulluqçusu, habelə NATO-nun rəhbərliyindəki Qətiyyətli Dəstək missiyasında minlərlə avropalı hərbi qulluqçu iştirak edir.

“NATO müttəfiqləri davamlı sülh üçün şərait yaratmaq üçün istədiyi və lazım olduğu müddətdə Əfqan təhlükəsizlik qüvvələrinə dəstək verməyə, yetişdirməyə, kömək etməyə və məsləhət verməyə hazırdır”, - deyə Baş katib qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Əfqanıstan  

NATO Müdafiə nazirləri Rusiyaya qarşı müdafiə, Əfqanıstanın gələcəyini müzakirə edəcək

2020/02/20180-1581594397.jpg
Oxunub: 961     16:12     13 Fevral 2020    