“Taliban” ilə ABŞ arasındakı danışıqlarda irəliləyiş var

2019/05/AFP_1-1559109779.jpg
Oxunub: 629     14:51     13 Fevral 2020    
"ABŞ hökuməti ilə Əfqanıstanda fəaliyyət göstərən islamçı “Taliban” hərəkatı arasındakı danışıqlarda xeyli irəliləyiş var".

Bu barədə Əfqanıstan prezidentinin baş müşaviri Vahid Ömər bildirib.

“Ümidvarıq ki, danışıqların bu mərhələsi Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqların başlamasına gətirib çıxaracaq”, – müşavir deyib.

Ötən gün “Taliban”ın Doha nümayəndəliyinin sözçüsü Süheil Şahin “razılaşma imzalanacağı günlərdə irimiqyaslı hücumlardan vaz” keçəcəklərini bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq də “Taliban”ın Əfqanıstanda zorakılığı azaltmağı təmin etmək iqtidarında olduğunu göstərməyə çağırıb.

ABŞ KİV-i xəbər verir ki, Prezident Donald Tramp administrasiyası artıq bu həftə sülh sazişini açıqlaya bilər. Bu, ABŞ-ın başçılıq etdiyi koalisiya ilə “Taliban” arasında atəşkəsə çağırış olacaq. Daha sonra imzalanacaq sülh sazişi çərçivəsində ABŞ Əfqanıstandakı hərbi qüvvələrini 12-13 mindən 8,6 minədək azaldacaq. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   ABŞ  

“Taliban” ilə ABŞ arasındakı danışıqlarda irəliləyiş var

2019/05/AFP_1-1559109779.jpg
Oxunub: 630     14:51     13 Fevral 2020    