Ermənistan MTX deputatın agent olması barədə xəbərləri nə təkzib edir, nə də təsdiqləyir

2020/02/8b50f-1581590192.jpg
Oxunub: 736     12:07     14 Fevral 2020    
Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyanın adı Amerikanın özəl “Stratfor” kəşfiyyat təşkilatının məlumat verən mənbələr siyahısında çıxıb. Erməni KİV-ləri Babacanyanın başqa bir ölkənin agenti olduğu barədə məlumatlar yazırdılar.

Babacanyan hər hansı bir açıqlama verməkdən yayındı və səlahiyyətli orqanlar da anlaşılmaz bir sükuta qərq oldular. Bunun əvəzinə erməni deputat prokurorluğa şikayət məktubu yazdı və Ermənistan polisinin 6-cı bölməsinin əməkdaşlarının məlumatı dərc edən “Ankakh.com” saytının redaktorunun evinə göndərilməsinə nail oldu. Qeyd edək ki, Arman Babacanyanın adının “Stratfor” təşkilatının agentləri siyahısında necə peyda olduğu barədə ictimaiyyətə hələ də heç bir açıqlama verilməyib.

Bu yaxınlarda “Politik.am” nəşri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Arman Babacanyanın agent olması haqqında məlumatı yoxlamaq üçün hansı addımların atıldığını öyrənmək üçün sorğu göndərib. Eyni zamanda mətbuatda yayılan məlumatların təsdiqləndiyi və ya təkzib olunduğu barədə məsələyə də aydınlıq gətirilməsi xahiş olunub. Bu sorğudan bir neçə gün sonra Arman Babacanyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və ictimaiyyət yenə də təfərrüatlardan xəbərsiz qalıb.

Ermənistan MTX-yə verilən sorğuya cavab olaraq bildirilib ki, MTX orqanları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi yolu ilə nəticələri açıqlanmayan məlumatlar əldə edilir.

Əslində, Ermənistan MTX məlumatı nə təkzib edir, nə də təsdiqləyir. Yəni hazırda Ermənistanın “WikiLeaks” sənədlərinə əsasən KİV-lərin agent olaraq adlandırmağa davam etdiyi və MTX-nin susmağa üstünlük verdiyi dövlət üçün vacib məlumatlara sahib olan deputatı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Babacanyan   MTX   Agent  

Ermənistan MTX deputatın agent olması barədə xəbərləri nə təkzib edir, nə də təsdiqləyir

2020/02/8b50f-1581590192.jpg
Oxunub: 739     12:07     14 Fevral 2020    