Erməni ictimai xadimdən Paşinyana: “Bir-iki əyləncə yerinə də az getsin, ordu ilə məşğul olsun, oturub şeir yazır”

2020/02/2b810-1581590024.jpg
Oxunub: 1027     20:33     13 Fevral 2020    
“Orduda 13 gündə 7 itki qəddar rəqəmdir, bu isə oturub şeir yazır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Aram Manukyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bir-iki əyləncə yerinə də az getsin, bir-iki mədəniyyət tədbirlərindən özünü məhrum saxlasın, ordu ilə məşğul olsun, bunlar dinc şərait üçün ali baş komandan adına dəhşətli rəqəmlərdir.

“2020-ci il yanvarın 30-da, saat 13:15 radələrində tədris mərkəzində “N” saylı hərbi hissənin məcburi müddətli hərbi qulluqçusu, sıravi Vahram Mkrtiç Avaqyan ölüb. 2020-ci il fevralın 9-da, saat 07:45 radələrində, “N” saylı hərbi hissənin ərazisində məcburi müddətli hərbi qulluqçu, sıravi Valeri Nelson Petrosyan huşsuz vəziyyətdə tapılıb. 2020-ci il fevralın 7-də, saat 17:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş məntəqəsində döyüş növbətçiliyi dəyişdirildiyi vaxt qar uçqunu nəticəsində müqaviləli hərbi qulluqçular Karapet Sedrak Nazaryan, Tiqran Armen Arzumanyan, Nver Tiqran Şahbazyan ölüb. 2020-ci il fevralın 12-də 2000-ci il təvəllüdlü Tiqran Manvel Manvelyan və Tiqran Husik Mxoyan ölmüş vəziyyətdə tapılıb”, - deyə Manukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Erməni ictimai xadimdən Paşinyana: “Bir-iki əyləncə yerinə də az getsin, ordu ilə məşğul olsun, oturub şeir yazır”

2020/02/2b810-1581590024.jpg
Oxunub: 1030     20:33     13 Fevral 2020    