Erməni vəkil: “Bu cür atmosfer hökm sürdükcə silahlı qüvvələrdə belə hadisələr davam edəcək”

2020/02/2-1581589908.jpg
Oxunub: 905     10:09     14 Fevral 2020    
“Əgər vaxtilə orduda qeydə alınmış cinayət hadisələrinin günahkarlarını kim olmasından asılı olmayaraq aşkara çıxarılsaydılar və məsuliyyətə cəlb etsəydilər, bu gün bu cür təsvirə sahib olmazdıq. Sonunda bütün bunların qarşısını almaq lazımdır, elə deyil?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu hərbi hüquq üzrə ixtisaslaşmış erməni vəkil Norayr Norikyan son zamanlar hərbi qulluqçuların ölüm hadisələrinin artmasına toxunarkən bildirib.

Erməni vəkilin sözlərinə görə, bu cür vəziyyətin əsas günahkarı hərbi hissələrdə hökm sürən atmosferi tənzimləmək iqtidarında olmayan zabit heyətidir.

Norikyan qeyd edib ki, hazırkı Ermənistan Silahlı Qüvvələri bu cür məsələləri həll edə bilmir və bu cür atmosfer hökm sürdükcə silahlı qüvvələrdə belə hadisələr davam edəcək.

“Qəzəblisi budur ki, bu faciəvi hadisələrdən nəticələr çıxarılmır. Başa düşə bilmirlər ki, bu cinayət hadisəsi növü nədən qaynaqlanıb, bu cinayət hadisəsinin müalicə edən halları hansıdır. Bizim hər hansı qurban vermək hüququmuz yoxdur, konkret şəxslərin konret məsuliyyətə cəlb olunmasının zamanıdır”, - deyə erməni vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Erməni vəkil: “Bu cür atmosfer hökm sürdükcə silahlı qüvvələrdə belə hadisələr davam edəcək”

2020/02/2-1581589908.jpg
Oxunub: 906     10:09     14 Fevral 2020    