Erməni hüquq müdafiəçisi: “Əgər orduda bu cür vəziyyət varsa, deməli orada qanun fəaliyyət göstərmir”

2020/02/image-1581589653.jpg
Oxunub: 583     15:16     13 Fevral 2020    
“43 gündə orduda 10 ölümə və son 13 gündə 7 ölümə sahib olduğumuz mövcud sistem problemi barədə dərindən düşünmək üçün siqnal olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Zaruhi Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyanın çıxışında bu barədə hər hansı narahatlıq görməyib.

“Lakin bu gün Baş nazir Nikol Paşinyanın çıxışını dinlədim və sistemdə dəyişikliklər edilməsi istiqamətində hər hansı narahatlıq görmədim. Və əksinə, o, illər əvvəl, daha dəqiq desək, 2010-cu ildə Serj Sarkisyanın səsləndirdiyi fikri təkrarladı.

“Ordu cəmiyyətin güzgüsüdür və cəmiyyətdə mövcud olan nöqsanlar, problemlər bu və ya digər şəkildə həmişə orduda mövcud olacaq”, - deyə Sarkisyan bildirirdi.

10 il sonra Paşinyan nə dedi?:

“Problemin dərinliyini anlamaq üçün biz getməli və həyətlərdə, məktəblərdə uşaqlarımızın bir-biri ilə necə ünsiyyət qurduğunu görməliyik”, - deyə Paşinyan bildirir.

Faktiki olaraq, hər ikisi məsuliyyət yükünü cəmiyyətin üzərinə qoyur və deyir ki, orduda olan gənclərin tərbiyəsinə, onların təsəvvürlərinə görə orduda itkilərimiz olur.

Əgər orduda bu cür vəziyyət varsa, deməli orada qanun fəaliyyət göstərmir və ya nəinki əsgərlərin, həmçinin komandir və zabitlərin təsdiq etdiyi başqa qanunlar fəaliyyət göstərir”, - deyə hüquq müdafiəçisi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Paşinyan   Cinayət  

Erməni hüquq müdafiəçisi: “Əgər orduda bu cür vəziyyət varsa, deməli orada qanun fəaliyyət göstərmir”

2020/02/image-1581589653.jpg
Oxunub: 586     15:16     13 Fevral 2020    